Nida Təhlil
Sülh yolunda 5 əngəl: Bakı və Ankara bu addımı atmalıdır
ABŞ-ın Yutah Universitetinin professoru, türk əsilli politoloq Hakan Yavuz “e-International Relations” nəşrində dərc etdiyi məqaləsində Ermənistanın məğlubiyyətini onun dövlət suverenliyini təsdiqləmək üçün fürsət şansı kimi dəyərləndirir: “Azərbaycanın öldürücü məğlub etdiyi Ermənistan hazırda öz tarixinin ən kritik mərhələsini yaşayır – bu məğlubiyyət Ermənistan üçün yalnız yeni imkanlar açmaqla, qalmaz dirçəliş şansına da çevrilə bilər”.
Müəllif qeyd edir ki, 2024-cü ildə Ermənistan öz tarixinin kritik mərhələsindədir. Hazırda Ermənistanın xarici sərhədləri Rusiya tərəfindən təmin edilir və o, həm də ölkədə böyük hərbi bazaya malikdir. Bundan əlavə, Ermənistanın əsas infrastrukturunun mühüm bir hissəsi Rusiyaya məxsusdur. İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan-Rusiya münasibətləri köklü şəkildə dəyişdi.
Rusiya uzun sürən Ukrayna müharibəsi səbəbindən hərbi resurslarını dəyişə bilməz və Moskva Azərbaycan və Türkiyə ilə konstruktiv münasibətlərini nəzərə alır. İkinci Qarabağ müharibəsi zamanı, hətta danışıqlar nəticəsində əldə edilmiş atəşkəs pozulsa da, Kreml müdaxilə etməməyi seçdi, bu, regional ittifaqlara keçmiş öhdəlikləri nəzərə alınmaqla, əhəmiyyətli bir addım idi: “Üstəlik, Türkiyə Ərdoğanın rəhbərliyi altında Azərbaycana diplomatik və hərbi dəstək vermək qərarına gəldi. Müharibəyə rəhbərlik edən türk yüksək komandanlığı idi. Bununla belə, Prezident Əliyev hərbçiləri müharibənin kritik anına hazırlamış, Moskva ilə də sıx əlaqələr qurmuşdu”.
H. Yavuza görə, Türkiyə və Azərbaycan Paşinyan hökumətinin Rusiyadan uzaqlaşması üçün daha geniş manevr imkanları yaratmaq üçün Ermənistanın real və ya xəyali təhlükə qavrayışlarına müraciət etməlidir: “Ermənistanın tarixi qorxularını aradan qaldırmaqla, sabit və sülhsevər Ermənistanın gələcəyini formalaşdırmaq Türkiyə və Azərbaycanın üzərinə düşür, hər üç xalq üçün qazan-qazan təklifi. Ticarət yollarının pozulması və infrastruktur resurslarının ciddi çatışmazlığı onsuz da sıxılmış iqtisadiyyatı daha da ağırlaşdıran maliyyə təsiri göz qabağındadır”.
Onun fikrincə, Azərbaycan-Ermənistan sülhü önündə beş əngəl var:
1. Xarici zəmanətlər və müdaxilə: Azərbaycanın sülh müqaviləsinə istəkləri Ermənistanın müqaviməti ilə üzləşir, xüsusən də Avropa İttifaqı üzvlərinin qarant qismində cəlb olunmasına çalışır. Lakin Azərbaycan Rusiya ilə yanaşı, kənar müdaxiləyə qarşıdır. Güvən çatışmazlıqları davam edir, lakin hər iki tərəf artıq üçüncü tərəfin iştirakı olmadan yeddi sülh müqaviləsi layihəsini mübadilə ediblər ki, bu da perspektivli potensialdan xəbər verir.
2. Anklavlar və ərazi mübadiləsi: Azərbaycan və Ermənistanın bir-birinin ərazilərindəki anklavları əhəmiyyətli maneə yaradır. Ermənistan daxilində səkkiz Azərbaycan anklavı, Azərbaycanın daxilində isə ermənilərin bir əsas anklavı var. Mübadilə ehtiyacı fizibilite və şərtlərlə bağlı suallar doğurur. Həmçinin İran, Ermənistan və Gürcüstanı birləşdirən əsas magistral yolların kənarında yerləşən Azərbaycan anklavlarının idarə edilməsində fikir ayrılıqları davam edir.
3. Müqavilənin imzalanma yeri: Sülh müqaviləsinin imzalanması üçün üstünlük verilən yerlə bağlı fikir ayrılıqları yaranıb. Ermənistan Avropa və ya ABŞ məkanında israr edir, Azərbaycan isə Ermənistanla sərhədində və ya Gürcüstanda yerləşməsinə üstünlük verir ki, bu da əsas geosiyasi mülahizələri əks etdirir.
4. Qarabağ məsələsi: Dünyadakı erməni millətçiləri Paşinyandan Qarabağ məsələsini müqavilə şərtlərinə daxil etməkdə israr edirlər. Azərbaycan hökuməti Qarabağı Azərbaycanın daxili işlər üzrə yurisdiksiyasına aid etdiyi üçün Qarabağ erməniləri haqqında heç nəyi müqaviləyə daxil etməkdən imtina etdi. İndiyə qədər Paşinyan hökuməti Qarabağı müqavilədən kənarda qoymağa və əvəzində qonşu dövlətlərlə daha yaxşı münasibətlər qurmağa razılaşıb.
5. Təzminatlar və kompensasiyalar: Bu məsələ vaxtilə Azərbaycanda yaşamış ermənilərə və Ermənistanda yaşamış azərbaycanlılara aiddir. Ermənilərin diaspordakı bütün qurumları Qarabağı Azərbaycandan erməni mülkiyyətinə almaq üçün hüquqi yollar araşdırıblar. Bununla belə, Ermənistanın təzminat məsələlərini ön plana çıxarmaq istəməməsi Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkünlük və dağıntılar səbəbindən daha yüksək təzminat tələbləri ilə bağlı narahatlıqları əks etdirir. Lakin iki ölkə arasında sabit münasibətlərin perspektivi üçün hər iki tərəfin mülkiyyət məsələləri həll edilməlidir.
Hakan Yavuz ABŞ-da çalışsa da, qardaş xalqlarımızın maraqlarını göz ardı etmir, bununla yanaşı məsələni Qərb ictimai rəyinə elə təqdim edir ki, obyektiv yanaşmasına şübhə yaranmasın.
Təəssüf ki, bunu xaricdə yaşayan hər türkiyəli müəllif haqda demək mümkün deyil. Antiazərbaycan baxışları dəfələrlə mediamızın diqqətinə düşmüş, hazırda İsraildə yaşayan türkiyəli şərhçi Uzay Bulut növbəti türkofob və azərbaycanofob opusunu dərc edib. ABŞ-ın “Midle East Forum” düşüncə mərkəzinin Meforum.org-da dərc etdirdiyi “Pantürkizm və islamizm ermənilərə qarşı türk və Azərbaycan aqressiyasını təşviq edir” məqaləsi Azərbaycana açıq nifrət ruhundadır.
U. Bulut yazır ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Entoni Blinken iki keçmiş sovet respublikası arasında sülhün bərqərar olması üçün erməni və azərbaycanlı həmkarları ilə danışıqlar apararkən, onlar əsas diqqəti qəbul edilən narazılıqlara yönəldirlər: müharibə əsirlərinin qaytarılması ilə bağlı ermənilərin xahişlərini yerinə yetirmək, Azərbaycanın getdikcə daha qəribə olan iddialarını həll etmək, iqtisadi və ticari inteqrasiyasını təşviq etmək. Bununla belə, onların səyləri uğursuzluğa məhkumdur, çünki onlar münaqişəyə səbəb olan iki ideologiyaya məhəl qoymurlar: pantürkizm və islamçılıq.
U. Bulut Türkiyə və Azərbaycan prezidentlərini Turan quruculuğu üçün siyasi islamdan istifadə edən iki lider kimi təqdim edir. Azərbaycanın bütün Ermənistan üzərinə ərazi iddiası olduğunu qeyd edir.
“Faktyoxla.az” Türkiyədə Azərbaycan əleyhinə təbliğat aparanlar haqda araşdırmasında qeyd edirdi ki (27.09.2022 ), U. Bulut FETÖ-yə bağlıdır. İllərdir qara təbliğat sahəsində çalışan erməni əsilli media eksperti Ceki Abramyanın təsiri altındadır. Abramyanın təsiri ilə “Xristian mədəni irsinin məhv edilməsi” başlıqlı məqalə də yazmışdı. Məqaləsində demək olar ki, Ceki Abramyanın qaldırdığı mövzulara toxunur, “artsax respublikasını” tanımasının vaxtının yetişdiyinə inandığını bildirirdi.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş