Nida Təhlil
Münxendən sonra Berlin: Bakı Avropaya niyə gedir, İrəvanın planı nədir?
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 28-29 fevralda Berlində görüşəcək: müzakirələr Münxendə Əliyev və Paşinyanın sülh sazişi üzrə danışıqların davam etdirilməsi, eləcə də sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı XİN rəhbərlərinə verdiyi tapşırığa uyğun aparılır;
Nazirlərin ikitərəfli formatda görüşü sərhəddə keçirməsi, yaxud ən azı sülh sazişi ətrafında böyük ambisiyaları olmayan Gürcüstanda bir araya gəlməsi nəticə əldə etmək baxımından daha effektli olardı, nəinki bölgədə maraq mübarizəsi aparan iki cəbhədən birində. Görüşün Berlində keçirilməsi Münxen razılaşmasının davamıdır və belə görünür ki, Avropanın danışıqlarda iştirakı Almaniyaya həvalə olunur. Hərçənd, nəticə əldə edilməsi, yaxud mümkün razılaşmaların praktiki mərhələdə işləyəcəyi sual altından çıxmayıb.
- Ermənistan bu görüşdə Qərb platformasının ön plana çıxması və gündəliyinin qəbul edilməsi, yaxud ən azı Bakının tələbləri qarşısında müəyyən dəstək əldə etmək üçün maraqlıdır;
- Azərbaycan danışıqların ikitərəfli formatda davam etdirilməsini istəsə də, Qərb platformasında iki səbəbə görə iştirak edir:
1. Qərb platformasından davamlı şəkildə imtina etmək təzyiqlərin artmasına və Avropada Ermənistanın mövqeyinin güclənməsinə şərait yarada bilər;
2. Aİ-nin vasitəçiliyində Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə etməklə balans yaratmağa çalışır;
Lakin bu görüşə getmək Bakının gündəliyinə hansısa dəyişiklik etməsi demək deyil. Əliyev də Xocalıda bəyan etdi ki, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.
Bu baxımdan, Münxen razılaşmasına əsasən nazirlərin Berlində bir araya gəlməsinin sülh prosesində köklü irəliləyişə zəmin yaradacağı ehtimalı azdır.
Asif Nərimanlı
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































