Nida Təhlil
Türk general Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi haqda: Qorxudurlar ki...
“Avropa Parlamentinin kəşfiyyat və təhlükəsizlik üzrə məsul sədrinin Makronun təxribatı altında Azərbaycanla bağlı dediyi sözlər həqiqəti əks etdirmir”.
Bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz Publika.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən sonrakı bütün dövrlər də daxil olmaqla, sülh, sabitlik və əmin-amanlıq üçün yüksək səy göstərib:
“Sülh masasına oturmayan, sülh müqaviləsinə imza atmayan, vədinə əməl etməyən tərəf Ermənistandır. Buna görə də, Avropa Parlamentinin Azərbaycanın siyasi və hərbi liderlərinə və ya fəaliyyətlərinə qarşı embarqolar qoymaq, sanksiyalar tətbiq etmək, Azərbaycan qazının və neftinin Avropaya çıxışına məhdudiyyətlər qoymaq təklifi reallıqla uzlaşmır. İndiyə qədər Avropa Parlamentinin hansı qərarı icra olunub ki, Azərbaycana qarşı irəli sürdüyü təkliflər də həyata keçsin. Bu, qanuni deyil və hüquqi cəhətdən zəmin yoxdur”.

General qeyd edib ki, əslində bu, Avropa Parlamentinin qərəzli səylərinin nəticəsidir.
“Mövcud olmayan bir şeylə bağlı fərziyyələr əsasında qərar qəbul etmək ancaq Avropa Parlamentinə yaraşardı. İşğalçı, silahlı, sülh müqaviləsi imzalamayan tərəf Ermənistandır. Ona görə də bu tələblər real deyil. Azərbaycanın öz neftini və təbii qazını istədiyi yerə satmaq gücü var. Eyni zamanda Avropanın da buna ehtiyacı var. Bu, sırf qorxutmaq üçün, Avropa Parlamentinin üzvlərinin daxili siyasət kontekstində siyasi ideyalarına razı salmaq üçün atılmış addımdır və heç bir əhəmiyyəti yoxdur”, - Yücel Karauz deyib.
Roza Şəfiyeva
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
