Nida Təhlil
Avropa Parlamentinin çəkdiyi “qırmızı xətt” - Brüsselə hansı maneələr yaradılır?
Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsi üçün Avropa İttifaqının xarici siyasət, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Hər iki qətnamə Aİ-nin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi çağırışından ibarətdir.
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlama verib.
O bildirib ki, Avropa Parlamenti ikinci Qarabağ müharibəsi və sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirlərindən sonra ölkəmizə qarşı olan mövqeyini daha da sərtləşdirib:
“Bununla yanaşı ikili standartlardan çıxış etməyə davam edir. Həmçinin Ermənistanı tam müdafiə edir. Bu da istər-istəməz Avropa və Azərbaycan münasibətlərinə mənfi təsir edir. Doğrudur, Aİ-nin icra qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Lakin Avropa Parlamenti bütün əməkdaşlıqlara mane olmağa çalışır. Qəbul etdiyi sənədlərin hüquqi qüvvəyə minməsi problemlidir. Buna görə ki, Brüsselin və icra qurumlarının fəaliyyətinə mane olacaq. Onsuz da Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar var.

Bu sanksiyalara görə Rusiyadan enerji ala bilmirlər. Azərbaycan Avropa üçün alternativ enerji mənbəyidir. Ona görə də zənn etmirəm ki, Avropanın icra qurumları Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi kağız parçalarını rəhbər tutub, ölkəmizlə münasibətləri gərginləşdirsinlər. Həmçinin Avropa Parlamenti bu cür hərəkətlərlə Azərbaycanla olan əməkdaşlığın üstündən qırmızı xətt çəkir”.
Aysel Şahmar
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
