Nida Təhlil
Bakı və Parisin Gürcüstanda mübarizəsi - Tbilisi vədləri, yoxsa reallığı seçəcək?
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşü, ardınca İlham Əliyevin Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşü üç ölkənin strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, Cənubi Qafqazda proseslərin yönünü idarə etmək baxımından da əhəmiyyətlidir, xüsusilə Fransanın Ermənistanı silahlandırması planları fonunda.
Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni baş nazirin Afinaya gedişi, Nikos Dendiasın Ermənistana gəlişindən sonra Fransadan silahların gətirilməsində Paris-Afina-Tbilisi-İrəvan marşrutu aktuallaşıb. Paris-İrəvan və Bakı-Ankara Tbilisini yanına çəkməklə həm də bu marşrut üzərində mübarizə aparır.
- Fransanın Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsində silah marşrutun Tbilisi dayanacağını təmin etmək məqsədi də var, yaxud gürcülərdən bunu da istəyəcəklər;
- Azərbaycan və Türkiyə regional əməkdaşlığı inkişaf etdirməklə Gürcüstanı bu marşrutda yer almaqdan imtinasına nail olmasını istəyir;
Nazirlərin də, Əliyevlə Kobaxidzenin də görüşündə regional sabitlik xüsusilə vurğulandı və mümkündür ki, hər iki müzakirədə Gürcüstana bölgənin sabitliyinin pozulmasında iştirak etməməsi mesajları çatdırılıb.
Bu prosesdə Tbilisi dilemma qarşısında qalır: bir tərəfdə Aİ-yə inteqrasiya, digər tərəfdə isə iqtisadi, enerji və təhlükəsizlik məsələsində real tərəfdaşlarla münasibətlər;
Bir də reallıqlar var: bir tərəfdə 2008-ci il təcrübəsi və Avropanın Tbilisiyə verdiyi vədlər, bir tərəfdə isə bu müddətdə Gürcüstanın iqtisadi və təhlükəsizliyinə ciddi töhfə verən Bakı-Ankara ikilisi;
Ukrayna müharibəsindən sonra Qərblə “yol getməyən” Qaribaşvilinin dəyişdirilməsi Tbilisinin Aİ-yə inteqrasiyada çox istəkli olduğunu göstərsə də, Bakıda verilən mesajlar Kobaxidze hökumətinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır.
Asif Nərimanlı
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
















.jpg)


.webp)

.jpg)















.jpg)