Nida Təhlil
Fransa erməni separatizmini “dirildir”: Makrondan “Le Fiqaro”ya tapşırıq

“Le Figaro” nəşrində Azərbaycan əleyhinə yayımlanan materiallar Fransanın “Qarabağ kartını” aktuallaşdırmaq cəhdləri kontekstində diqqət çəkdi.
Nəşrin hazırladığı “Dağlıq Qarabağın yoxa çıxması, Fransanın qarşısıalınmaz vədinin xronikası” adlı məqalə Emmanuel Makronun “təmizə çıxarılması”na və bir fikri aşılamağa hesablanıb: Makron Qarabağ erməniləri uğrunda sona qədər döyüşdü, lakin uğursuz olması ondan yox, digər Qərb ölkələrinin dəstək verməməsindən qaynaqlanır; misal üçün, Qarabağla bağlı keçirmək istədikləri konfransa ABŞ mane olub, həmçinin, “erməni məsələsini” Roma Papasının gündəliyinə daxil etmək istəyi baş tutmayıb;
Makronun media üzərindən ötürmək istədiyi iki mesaj var:
- Fransadakı erməni diasporuna “əlindən gələn hər şeyi” etdiyini göstərir və uğursuzluğun məsuliyyətini digər ölkələrin – ABŞ-ın, hətta Vatikanın üzərinə qoymaq istəyir;
- Qarabağ məsələsində rəsmi Bakıya – birbaşa Əliyevə məğlub olduğunu qəbul etmək istəmir;
Fransa hakimiyyəti bu məqalə ilə “yekun hesabat” versə də, Qarabağ kartından imtina etmir. Bunu “Le Fiqaro”nun ikinci materialında – Qarabağdan qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyandan aldığı müsahibədə görmək mümkündür.
Bu müsahibənin məqsədini iki hissədə dəyərləndirmək olar.
Birincisi, Fransa artıq ləğv edilmiş erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır: Şahramanyanın separatçı rejimin ləğvi qərarını “erməni əhalisinin təhlükəsiz şəraitdə çıxışı məqsədilə” qəbul etdiyi, eləcə də “İrəvanda “mühacir hökumətin” fəaliyyət göstərdiyi” haqda dedikləri buna hesablanıb;
Rəsmi Paris “Qarabağın erməni əhalisinin hüquqları” adı altında separatizm kartını Bakıya qarşı təzyiq aləti kimi saxlamağa çalışır.
İkincisi, Şahramanyanın müsahibəsi – “mühacir hökumət” haqda dedikləri Ermənistan hakimiyyətinə qarşı da gediş olaraq görünür.
Nikol Paşinyan Şahramanyanın qondarma “mühacir hökuməti” iddiasına qarşı çıxdı və müvafiq addımların atılacağı haqda xəbərdarlıq etdi. Sual yaranır: Paşinyanın müttəfiq olaraq gördüyü Fransa niyə qondarma “mühacir hökumət” ideyasını “legitimləşdirir?”
Mümkündür ki, Fransa və Ermənistan arasında erməni separatizmi və sülh sazişinə dair müəyyən fikir ayrılıqları yaranıb. Bu, “Qarabağ kartı”ndan Bakıya qarşı istifadə edilməsi, yaxud hansı formada istifadə edilməsi ilə bağlı ola bilər. Görünür, Paşinyan “Qarabağ kartı”nın yeni müharibəyə səbəb ola biləcəyini anlayır, həmçinin, separatçıları haqlı olaraq öz hakimiyyətinə təhlükə olaraq görür.
Fransanın Şahramanyanı “gündəmə gətirməsi” isə erməni diasporunun istəyindən də qaynaqlanır: Murad Papazyanın son açıqlaması göstərir ki, yaxın günlərdə Parisdə Makron hökumətinin nümayəndələrinin iştirakı ilə “Qarabağ konfransı” keçirilib, orada “erməni əhalisinin qayıdışı üçün beynəlxalq mexanizmin yaradılması”ndan bəhs olunub; Şahramanyandan müsahibənin bu konfransdan sonra alınması təsadüfi deyil;
Makronun Paşinyandan çox “erməniliyi” Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinə problemlər yaradır.
Asif Nərimanlı

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu