Nida Təhlil
Blinkendən sonra Leyenin zəngi - Əliyev “erməni formatı”na yön verir
Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsində də Azərbaycanın mövqeyini nəzərə alacağı gözləntisini yaradır, əks təqdirdə, görüş öncəsi Bakıya zəng etmək zərurəti hiss etməzdilər.
Beləliklə, Əliyev rəsmi İrəvanın ümid yeri kimi baxdığı prosesə müdaxilə etməyi bacardı və bu, Ermənistan-AB-ABŞ formatında atılacaq addımlara da yön verə bilər.
Birincisi, AB və ABŞ görüşün məqsədinin “iqtisadi xarakter” daşıdığını açıqlayıb və Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi, bu ölkəyə humanitar yardımların ayrılması”nın müzakirə ediləcəyi bildirilir: AB balansın qorunması naminə humanitar məqsədlər üçün Azərbaycana da yardımlar ayıra, yaxud Bakı bu məsələni qaldıra bilər; 2021-ci ildə AB-nin Ermənistana 2,6 milyard, Azərbaycana 150 milyon avroluq maliyyə paketi ayırması Bakının haqlı tənqidinə səbəb oldu, nəticədə 2022-ci ildə Brüssel Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı; analoji prosesin bu dəfə də baş verməsi, yaxud rəsmi Bakının bu istiqamətdə mövqe qoyması mümkündür;
İkincisi, “iqtisadi gündəm” daşıdığı deyilən Brüsseldə hərbi yardım məsələlərinin də müzakirə ediləcəyi istisna deyil, yaxud bu görüşün Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyi və müdafiəsi” aspektindən bölgədə mənzillənməsi zərurətinə “qapı açacağı” gözlənilir: Blinkenlə Leyenin zəngi və Əliyevin mövqeyi isə AB-ABŞ cütlüyünün bu məsələdə də daha ehtiyatlı davranacağı fikrini ön plana çıxarır; Bakı ilə münasibətləri nəzərə alan AB və ABŞ-ın arxa fonda dayanaraq, Ermənistanın silahlandırılması işini bunu həyata keçirən Fransa üzərindən sürətləndirəcəyi ssenarisi mümkün variantlardan biridir;
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


