Nida Təhlil
İran-İsrail müharibəsi başlayır: Bakı Zəngəzur planını işə salacaq - İrəvanda TƏŞVİŞ
İsrail İranın Dəməşqdəki baş konsulluğunu dəqiq zərbə ilə vurduqdan sonra iki ölkə arasında müharibə gözləntisi hər keçən gün artır.
Publika.az xəbər verir ki, xarici mediada İranın istənilən vaxt İsrailə cavab zərbəsi endirəcəyi haqda məlumatlar yayılır.
İranın İSNA xəbər agentliyi birbaşa İsrailə atılacaq 9 raketin adını dərc edib. ABŞ kəşfiyyatı isə qarşıdakı bir həftə ərzində İranın cavab zərbəsi endirəcəyini düşünür.
Gözlənilən İran-İsrail müharibəsindən narahat olan təkcə bu iki ölkə yox, həm də ermənilərdir. Ermənistanda hesab edirlər ki, İran-İsrail müharibəsi başlayarsa, rəsmi İrəvan Azərbaycanın Zəngəzurla bağlı istəyini yerinə yetirməyə məcbur olacaq.
Erməni şərhçi Artak Akopyan “zham.am” saytında dərc olunan məqaləsində yazır ki, İran böyük müharibəyə girərsə, Süniklə (Zəngəzur) bağlı tələbləri arxa plana keçəcək.
“Paşinyan Rusiya ilə münasibətlərimizi korladı. Bu halda yeganə ümidimiz İrandır. Tehran Ermənistan sərhədlərini “qırmızı xətt” elan edib. Əgər böyük müharibəyə başlasa, Azərbaycan Zəngəzurla bağlı tələbində daha da israr edəcək və bütövlükdə Zəngəzuru nəzarətə götürmək istəkləri də ola bilər. Bu halda Ermənistanı heç bir qüvvə müdafiə etməyəcək”, - erməni şərhçi qeyd edir.
Asif
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













