Nida Təhlil
Ağaye Xamenei, Ermənistanı dəstəkləmək İslam hümmətinə xəyanət deyilmi?
İranda teokratik rejimin rəhbəri Əli Xamenei İsraillə əməkdaşlıq edən İslam ölkələrini xəyanətkar adlandırıb. İddia edib ki, “onlar İslam ümmətinə xəyanət edirlər”. Xameneinin “onlar” deyə nəzərdə tutduğu ölkələr İsraillə bu və ya digər formada əlaqələrə malik olan ölkələrdir. Molla rejimində “onlar İsraillə düşmənçilik edirsə, bütün ölkələr etməlidir” kimi siyasi narsizm mövcuddur. Lakin İslam ölkələrini “satqın” adlandıran Xameneinin bu açıqlaması açıq suallar da yaradır:
- İran rejimi doğrudanmı İslam ümmətinin maraqlarını düşünür?
- İslam ümmətinə gerçəkdə xəyanəti hansı ölkə edir?
Xamenei bu sözləri ilə Fələstini düşündüklərini göstərsə də, əslində İranın İsrailə qarşı siyasətdə Fələstin məsələsindən sui-istifadə etdiyi gerçəyi heç vaxt dəyişməyib. Hazırda Qəzzada baş verənləri tətikləyən Həmasın 7 oktyabr hücumunun arxasında İranın dayandığı, yaxud molla rejiminin bu müharibəni ən azı körüklədiyi reallığı ortadadır. Çünki 7 oktyabr 2023-cü il hücumundan öncə Tehrana səfər edən Həmas qruplaşmasının liderlərinin əsas müzakirə mövzusu İsraillə ərəb ölkələrinin normallaşan münasibətlərinin qarşının alınması idi. Bu səfərdən sonra Həmasın hücuma keçməsi diqqəti İranın üzərinə yönəltdi. Hazırda Qəzzada mülki insanların öldürülməsinə heç kim haqq qazandıra bilməz, amma vəziyyətin bu həddə çatmasında bu gün İsraillə əlaqələri “xəyanət” adlandıran Xameneinin rəhbərlik etdiyi rejimin də payı var. Və bu gerçəkdir ki, Qəzzada bombalar altında qalan fələstinlilər İran üçün siyasi vasitədən başqa bir şey deyil. Belə olmasaydı hər gün fələstinlilərdən danışan İran sözdə deyil, əməldə hərəkətə keçər, ən azı mülki fələstinlilərin müdafiəsi üçün praktiki müstəvidə nəsə edərdi. Baş verənlər İranın İslam ümmətinin yox, öz maraqlarını düşündüyünü təsdiq edir. Yoxsa, SEPAH tərkibində yaratdıqları “Qüds” adlı elit qüvvə Ermənistan üçün yox, Qüds uğrunda mübarizə aparardı. Artıq sirr deyil ki, Yaxın Şərqdə silahlı qruplaşmalar yaradan və öz maraqları naminə döyüşdürən İran İslam ümmətinə istismar etdiyi “kütlə” kimi baxır.
Və bütün bunlar İslam ümmətinə xəyanət edən ölkənin İranın özü olduğunu deməyə əsas verir. Çünki İran təkcə dəstəklədiyi silahlı qruplaşmalarla İslam ölkələrində “qan tökmür”, fələstinliləri öz siyasətinin qurbanına çevirmir, həm də əli müsəlman qanına batan ölkələrlə, konkret desək, Ermənistanla qardaşlıq münasibətlərinə malikdir.
Birinci Qarabağ müharibəsində - Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, azərbaycanlılara qarşı soyqırımılar törədəndə adında İslam sözü olan İran müsəlmanların ölkəsi olan Azərbaycanı yox, müsəlmanları qətlə yetirən Ermənistanı dəstəklədi. “Azərbaycana saqqız, Ermənistana silah” - bu, İranın 1990-cı illərdə Qarabağ müharibəsi zamanı həyata keçirdiyi siyasətin əsas devizini təşkil edirdi. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistan kimi ölkələr Qarabağda İslam ümmətinə edilən zülmə görə Ermənistanla əlaqələri kəsəndə, İran işğalçı Ermənistana da, onun Qarabağda yaratdığı separatçı-terrorçu rejimə də hərtərəfli dəstək verirdi.
- Azərbaycana məxsus maddi-mədəni abidələri və sərvətləri erməni separatçılarla birlikdə talayır;
- Separatçılara siyasi-iqtisadi dəstək verir, media vasitəsilə onları legitimləşdirir;
- Məscidlərdə donuz saxlayan, İslam abidələrini təhqir edən ermənilərlə “qardaşlaşırdı”;
Bu, molla rejiminin gerçək üzüdür. Bu üzü 44 günlük müharibədə daha aydın gördük. Azərbaycan torpaqlarındakı işğala son qoyanda İran bütün vasitələrlə işğalçının yanında oldu. Təkcə siyasi-iqtisadi dəstəklə kifayətlənmədilər, həm də birbaşa döyüş əməliyyatlarında bu və ya digər formada Ermənistan tərəfindən iştirak etdiklərinə dair faktlar var.
- Xudafərin körpüsünün yaxınlığında quraşdırdıqları radar sistemləri və dinləmə stansiyaları vasitəsilə Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda topladıqları məlumatları Ermənistanın Baş Qərargahına ötürüblər;
- Döyüşlərin getdiyi vaxt Azərbaycan ərazisinə müdaxilə edərək, ordumuzun hərəkət sürətini azaltdılar və bununla işğalçı Ermənistan ordusuna vaxt qazanmaq, həm də daha çox əsgərimizi şəhid etmək şəraiti yaradıblar;
- Ermənistana silah-sursat daşınmasında tranzit rolunu oynayıblar;
44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı siyasəti daha da aqressivləşdi və Ermənistana dəstəyi daha açıq müstəviyə keçdi. Ermənistan sərhədini “qırmızı xətt” elan edən və erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycan sərhədinə ordu yeridən İranın İslam ümmətindən danışması ironikdir. Bu gün bölgədə Ermənistanı dəstəkləyən, erməniləri Azərbaycana qarşı silahlandıran, bu ölkəyə silahların daşınmasında tranzit rolunu oynayan da İrandır.
Tehranın İslam düşməni olan Ermənistana sevgisi o qədərdir ki, bu ölkənin Cənubi Qafqazı poliqona çevirmək siyasətinə, Qərb qüvələrini bölgəyə gətirməsi faktına və İran sərhədlərinin dibində hərbi baza yaratmasına belə göz yumur. Məsələ Ermənistan olanda molla rejimi "üç meymunu" oynayırlar: görmürlər, eşitmirlər, danışmırlar.
Bütün bunların fonunda Xameneinin İsraillə əlaqələr quran İslam ölkələrini “xəyanətkar” adlandırması gülünc olduğu qədər, məkrlidir də. Və bu faktlar İranın ünvanına suallar yaradır:
- Ağaye Xamenei, İsraillə əlaqələr quran ölkələr “xəyanətkardırsa”, bəs İslam dinini təhqir edən, əli müsəlman qanına batmış Ermənistanla əməkdaşlıq edən İslam ölkələrinə nə ad verək? 30 ildən artıqdır Ermənistanı dəstəkləyən İran İslam hümmətinə xəyanət etmirmi?
İran bu suallara cavab verməlidir, çünki Ermənistanı dəstəkləyən Xameneinin İsrail məsələsində İslam ölkələrini “satqın” adlandırması və bunu İslam hümmətinin maraqları naminə etdiyini iddiası etməsi yalandan başqa bir şey deyil. Həzrət Əli yalanı xəyanətə bərabər tutur və bunu imansızlıq adlandırırır. Bu gün Ermənistanı dəstəkləyən İranın timsalında xəyanətkar da, imansızlıq edən də ortadadır.
Asif Nərimanlı
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ