“Crocus City Hall” terrorunda Fransa izi – Makronun sensasiyalı planı ortaya çıxdı
Bizi izləyin

Nida Təhlil

“Crocus City Hall” terrorunda Fransa izi – Makronun sensasiyalı planı ortaya çıxdı

Dünyanın siyasi və təhlükəsizlik gündəmini zəbt edən Moskva terrorundan sonra bu hücumun arxasında hansı ölkənin dayandığı sualı əsas müzakirə mövzularından biridir. Prezident Putin başda olmaqla Rusiya rəsmiləri “tətiyi çəkənlərin” – terrorçuların bəlli olduğunu, lakin arxasındakı gücü-ölkəni tapmağa çalışdıqlarını bildirir. Terror aktından sonrakı ilk günlərdə müxtəlif ölkələrin adları çəkilsə də, artıq bütün fikirlər və faktlar bir ölkənin üzərində cəmlənir: Fransa...

Terror aktında əvvəldən diqqəti Fransa izinə yönəldən iki məqam vardı:

Birincisi, teraktdan saatlar öncə Fransa prezidenti Emmanuel Makronun subliminal mesajı idi;

Dünya mediasında Makronun boks torbasına güclü zərbə endirdiyini əks etdirən fotoları yayıldı. Fotolar Yelisey sarayı tərəfindən mediaya servis edilmişdi və Qərb informasiya resursları Fransa prezidentinin zərbə endirdiyi boks torbasını obrazlı olaraq, Rusiya ilə müqayisə edirdi. Beynəlxalq münasibətlərdə özünü “güc mərkəzi” kimi təqdim edən bir ölkənin prezidentinin boks torbasına zərbə endirdiyi yerdə yayılan fotoları təbii ki, ağır atletikanın təbliğatı yox, hansısa siyasi mesaj xarakteri daşıyırdı. Və bu subliminal mesajdan saatlar sonra Moskvanən mərkəzində - “Crocus City Hall”da amansız terror aktı törədildi.

Rusiya Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnik-leytenantı Oleq İvannikov da Makronun “yumruqlu fotosu”nun Moskva terroru ilə bağlantısının olduğunu hesab edir. Onun fikrincə, terrorun arxasındakı sifarişçi – Fransa prezidenti hücumun şifrəli mesajlarını verirdi.

İkincisi, Fransa “qətl yerinə ilk qatil gələr” prinsipi üzrə özünü ələ verdi;

Moskva teraktından dərhal sonra Makron Fransa Təhükəsizlik Şurasının təcili iclasını keçirdi və “Rusiyada terror aktı törədən “İŞİD-Xorasan qruplaşması Fransada da terror hücumları hazırlayır, onlar artıq bir neçə aydır buna cəhd edirlər” açıqlamasını verdi. Makronun açıqlaması “alibi” qazanmaq kimi görünürdü, çünki terror aktı Parisdən minlərlə kilometr uzaqlıqda baş vermişdi və hücumu edənlər uzaq şərqdə yuva salmış terrorçular idi. Bütün dünya Rusiyadakı terrordan danışarkın, Makronun “biz də hədəfdəyik” açıqlaması şübhəli görünürdü. Və aydındır ki, bu, Fransa prezidentinin öncədən özünü sığortalamaq gedişi idi, terrorçularla bağlantıları ortaya çıxarsa, “onlar bizi də hədəfə alır” arqumentini irəli sürmək üçün...

Bu iki məqam, eləcə də Fransanın terrorun maliyyələşdirilməsi ilə bağlı fəaliyyəti və İŞİD-Xorasan qrupunun “xaç atası” sayılan İŞİD-lə bağlantıları Moskva teraktının izlərini Parisə qədər aparır. Rusiyada isə aparılan araşdırmalardan sonra artıq teraktın əsas sponsorunun Fransa və bu ölkənin prezidenti Makron olduğu fikirləri ən yüksək səviyyədə dilə gətirilir. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevin dedikləri bu kontekstdə sensasiya hesab edilə bilər.

“Crocus City Hall”da törədilən terror aktının sponsoru Fransa prezidenti Emmanuel Makrondur”, - Medvedyev bildirib. Və bəllidir ki, Kremlin siyasi olimpində yer alan Medvedyev ciddi faktlara əsaslanmadan belə bir fikir işlətməz. Bu baxımdan, Rusiyanın təhlükəsizlik orqanlarının teraktın izlərinin Fransaya çıxdığına dair tutarlı məlumatlara malik olduğu görünür.

Fransanın Moskva terrorunda əsas hədəfləri nələrdir?

Bu sualın cavab axtarışı da Makronun əsas sponsor və sifarişçi olması ehtimalını gücləndirir. Son dövrlər Fransanın Rusiyaya qarşı Qərb cəbhəsinə liderlik etmək cəhdləri müşahidə edilir, xüsusilə Makron ABŞ-da prezident seçkiləri ərəfəsində Vaşinqtonun öz “qınına çəkilməsini” fürsət olaraq görür. Makronun Qərb qoşunlarını Ukraynaya göndərmək məsələsini gündəmə gətirməsi, vaxtilə “satdığı” Kiyevin aktiv dəstəkçisinə çevrilməsi də ön plana çıxmaq niyyətindən xəbər verir. Görünür, Fransa prezidenti Moskvada dəhşətli terror aktını təşkil etməklə Rusiyanı “öz evində vurmaq” gedişi edib və bununla Qərb cəbhəsində ön plana çıxmağa çalışıb.

Terror hücumunda məhz azərbaycanlı iş adamına məxsus “Crocus City Hall”u hədəf seçilməsi də təsadüfi deyildi. Bununla:

- Terror aktında azərbaycanlıların adını hallandırmaq və Bakı-Moskva xəttində çatlar yaratmaq istəyirlər;
- Rusiyada azərbaycanlılara qarşı nifrəti körükləməklə etnik və dini zəmində qarşıdurma yaratmağa çalışırlar;


Burada Fransaya Ermənistanın da yaxından yardım etdiyi istisna deyil, çünki Azərbaycan-Rusiya münasibətlərində problemlərin yaranmasını, Rusiyada azərbaycanlılara qarşı nifrətin körüklənməsini istəyən əsas tərəflərdən biri ermənilərdir. Təsadüfi deyil ki, terror aktından dərhal sonra Rusiyada erməni diasporu/lobbisi azərbaycanlıları hədəf kimi göstərməyə çalışdılar. Solovyovun uydurmaları bunun əyani nümunələrindədir. Beləliklə, Fransanın Rusiyanı “öz evində vurmaq” planı olan “Crocus City Hall” terroru həm də dolayısı ilə Azərbaycana qarşı da düşünülmüşdü. Bir güllə ilə bir neçə hədəfi vurmaq gedişi etdilər.

Teraktdakı izlərin Fransaya qədər uzanması bu ölkənin terroru siyasi alət kimi istifadə etməsi və terror təşkilatları bağlantılarını ön plana çıxarır. Afrikanın hər güşəsində - Əlcəzayir soyqırımından tutmuş Ruandadakı dəhşətli qətllərə qədər hər yerdə Fransa terrorunun izləri hələ də qalmaqdadır. Bu gün Fransa müstəmləkə siyasəti ilə Afrikanı terror qorxusu altında saxlayır. Lakin Fransanın terror coğrafiyası təkcə Afrika ilə məhdudlaşmır. ASALA başda olmaqla erməni terror təşkilatlarının Türkiyə və Azərbaycana qarşı törətdiyi teraktların əsas dəstəkçisi – himayəçisi Fransa olub. Erməni terror təşkilatının yaranma məkanı olaraq məhz Fransanı seçməsi də bunun ispatıdır. İkinci Qarabağ müharibəsində də Fransa ASALA terrorçularının Azərbaycana qarşı döyüşməsini maliyyələşdirdiyi haqda məlumatlar var. Misal üçün, 1980-ci illərdə Fransada türk diplomatına qarşı törətdiyi terror aktlarına görə ömürlük həbs cəzası alan ASALA üzvü Jilbert Minasyan 2020-ci ildə muzdlu dəstəsi ilə birlikdə Qarabağda peyda oldu. Ömürlük həbs cəzasına məhkum edilmiş terrorçunun həbsxanadan buraxılması və Qarabağa göndərilməsini yalnız Fransa dövlət strukturları təşkil edə bilərdi.

Moskva teraktını törədən “İŞİD-Xorasan” qruplaşmasının Fransa ilə bağlantılarına dair izlər də var. Bu qruplaşma İŞİD-in tərkibindən çıxıb. İŞİD Suriyada “dövlət” quranda Fransa kəşfiyyatı ilə sıx əlaqələrə malik idi, hətta terror təşkilatının maliyyələşməsində də rəsmi Paris bu və ya digər formada iştirak edirdi.

Fransanın “Laferge” şirkəti haqda yayılan sənədlər bu əlaqələri çılpaqlığı ilə ifşa edir. Bu şirkət Suriyada “biznes maraqları” çərçivəsində İŞİD-lə əlaqələr qurmuşdu, hətta terror qruplaşmasının maliyyə təminatında iştirak edirdi. Daha sonra mediaya sızan sənədlər “Laferge”nin İŞİD-lə əlaqələrinin arxasında birbaşa Fransa dövlətinin dayandığı ortaya çıxdı.

İllərdir terrora dəstək verən Fransa bunu gizlətməyə çalışsa da, “Crocus City Hall” terrorundakı faktların bu ölkənin gerçək üzünü ifşa edəcəyi görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm