Nida Təhlil
Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi
Ermənistan sərhəddə Azərbaycana qarşı təxribat törətdiyini etiraf etdi: bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasında etiraf edilir ki, aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insident məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verib. Bununla bağlı erməni sərhədçilərə cinayət işi açılıb.
Aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan ordusunun döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Ermənistanın sərhəd təxribatına Azərbaycanın adekvat cavabı həmişə bu ölkə üçün ağır itkilərlə nəticələnir. 44 günlük müharibədən sonra baş verən təxribatlar seriyasına nəzər yetirdikdə aydın olur ki, Ermənistan həm ciddi canlı qüvvə itirib, həm də döyüş mövqeləri və strateji yüksəkliklərdən məhrum olub. Sonuncu itki ilə bu ilin fevral ayında Zəngilan istiqamətində snayper təxribatından sonra üzləşdilər. “Yerkrapa” terror təşkilatının təxribatı zamanı bir hərbçimiz yaralandı, ordumuzun cavab tədbirləri nəticəsində 4 terrorçu məhv edildi, biri yaralandı.
Bu kontekstdə sonuncu təxribatda baş leytenantımızın yaralanmasına görə Ermənistan növbəti dəfə ağır itkilərlə üzləşəcəkdi. Lakin rəsmi Bakı Ermənistanın məsələni araşdırmasını və nəticəni bəyan etməsini gözləyirdi. Məsələ araşdırılmasaydı, yaxud təxribatçılar müdafiə olunsaydı, ordumuz cavab tədbirləri həyata keçirəcəkdi, fevral təxribatında olduğu kimi. Ermənistan Zəngilan istiqamətində törədilən snayper təxribatını araşdıracağını bəyan etsə də, heç bir nəticə olmadı, buna görə Azərbaycan ordusu təxribatçıları özü cəzalandırdı.
İrəvan anlayırdı ki, bu dəfə baş verən təxribatla bağlı eyni mövqeyi sərgiləyəcəkləri təqdirdə, analoji vəziyyətlə üzləşəcəklər. Bu baxımdan, Ermənistanda təxribatçılara cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir: təxribata güllə ilə yox, siyasi zərbə ilə cavab verildi. Bu hadisə Ermənistan ordusundakı təxribatçılar və onların havadarları üçün törədilən cinayətlərin cəzasız qalmayacağı nəticəsini də ortaya çıxarır:
- Təxribatçılar ya Ermənistanın özü tərəfindən cəzalandırılacaq;
- Ya da ordumuz tərəfindən məhv ediləcəklər;
Və bu təxribatlarda maraqlı tərəf olan ölkələrin planları baş tutmayacaq. Son 6 ayda sərhəddə iki toqquşma baş verib və hər iki insidentin arxasında Fransanın olduğu bəllidir. Rəsmi Parisin əsas niyyəti Azərbaycan-Ermənistan sərhədində eskalasiyaya səbəb olacaq təxribatları tətikləmək, bununla həm rəsmi Bakını ittiham altına salmaq, həm də sülh prosesini pozaraq, hərbi ssenarilər üzərindən bölgəyə müdaxilə etməkdir. Lakin Azərbaycan siyasi və hərbi müstəvidəki addımları ilə bu planların qarşısını alıb.
Ermənistanın 10 aprel təxribatı ilə bağlı sərgilədiyi doğru mövqe sərhəddə növbəti toqquşmanı arxa plana keçirdi, eyni zamanda, erməni ordusunun ağır itkilərlə üzləşməsinin qarşısını aldı. Rəsmi İrəvanın bu addımı göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri normal müstəvidə qurula, problemlər qarşılıqlı anlaşma yolu ilə həll edilə və bölgəyə sülh gələ bilər. O şərtlə ki, prosesə üçüncü tərəflər qoşulmasın. Üçüncü tərəflərin iştirakı Bakı və İrəvan xəttindəki sülh niyyətlərini alt-üst edir. Bu, təcrübə ilə təsdiqlənib. Baş verənlər Azərbaycan-Ermənistan müzakirələrinin ikitərəfli formatda keçirilməsinin effektivliyini və zəruriliyini də növbəti dəfə isbat etdi.
Asif Nərimanlı
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)










