Nida Təhlil
İran və İsrailin müharibə hazırlığı, yoxsa... - dəhşətli hücum bu gün başlayır?
Dəməşq hücumundan sonra mümkün İran-İsrail müharibəsi dünyanın əsas gündəminə daxil olub. Beynəlxalq müstəvidə müharibə “tüstüsündən” göz tutulur, xüsusilə Xameneinin “İsrail cəzalandırılacaq” bəyanatından sonra. Tehran indiyə qədər saysız-hesabsız belə bəyanatlar verib, lakin bu dəfə vəziyyət bir qədər fərqli görünür: Qərb ölkələrinin vətəndaşlarına İran və İsraildən uzaq gəzməklə bağlı xəbərdarlıqları, Vaşinqtonun Tehrana “cavab zərbəsinə dözməyəcəyik” mesajı, Tehranın “ABŞ prosesə müdaxilə edərsə, bölgədəki qüvvələrini vuracağıq” cavabı və s.
Beynəlxalq media İran-İsrail müharibəsinin “heç olmadığı qədər yaxın” olduğundan bəhs edir. Misal üçün, “Bloomberq” “İranın hücumunun qaçılmaz” olduğunu, “İsrailin şənbə günü (bu gün-red) mümkün hücuma hazırlaşdığını” yazır.
Hərçənd, Tehranın Təl-Əvivə birbaşa hücum mərhələsinə keçəcəyi, İran-İsrail müharibəsinin baş verəcəyi sual altındadır.
Qəzza müharibəsində ciddi “qan itirən” İsrail faktiki üç cəbhədə - HƏMAS-la, Livanla sərhəddə Hizbullahla, Qırmızı dənizdə husilərlə döyüşsə də, İranla birbaşa müdaxilədə maraqlı görünür. Çünki:
- İrana qarşı beynəlxalq koalisiyanın yaradılması və müharibənin arealını onun sərhədlərinə qədər genişləndirmək istəyir: bu, HƏMAS, Hizbullah və husilərlə döyüşdə də İsrailin “əlini gücləndirə” bilər;
- İsrail Qəzzada müharibə apararkən, İranın Qərblə bu və ya digər formada anlaşmasından narahatdır (gizli anlaşmalardan biri də Cənubi Qafqazda Ermənistan üzərində görünür) və mümkün müharibə ilə bu riski sıradan çıxarmaq, Tehranı siyasi baxımdan da bloklamaq imkanı qazana bilər;
- İranla birbaşa toqquşma seçki prosesinə daxil olan ABŞ-da Bayden Administrasiyasını da dilemma qarşısında qoya, Qəzza müharibəsində İsrailin tətbiq etmək istədiyi ssenarilərlə razılaşmasına zəmin yarada bilər, əks təqdirdə, seçkilərdə Təl-Əvivin həmişə “dil tapdığı” respublikaçılar güclənəcək: Ki, hər iki ssenari İsrail üçün sərfəlidir;
- İranla birbaşa toqquşma həm də Qəzza müharibəsi ilə hərbi-siyasi-iqtisadi itkilərlə üzləşən İsraildə Netanyahu hakimiyyətinin də “xilası” ola bilər.
Və hazırda İranın ritorikasına nəzər yetirdikdə, müharibənin “qaçılmaz” olacağı görünür, lakin Tehranın önündə ciddi əngəllərin olduğu reallığı bu ssenarinin baş verəcəyi ehtimalını arxa plana keçirir.
Birincisi, İran İsrailə zərbə endirməyin koalisiya ilə üzləşməklə nəticələnə biləcəyini anlayır;
İkincisi, bu ssenari İranın Qərb ölkələri ilə kulis danışıqlarını və razılaşmalarını sıradan çıxara bilər ki, Tehran siyasi və iqtisadi itkilərlə üzləşəcək;
Üçüncüsü, böyük müharibə İranın iqtisadi çöküşünə səbəb ola bilər: Dəməşq hücumundan sonra milli valyutanın 30 faiz ucuzlaşaraq, mənfi rekord vurması real mənzərəni göstərir;
Dördüncüsü, İsraillə mümkün toqquşmada İran rejiminin daxili dəstəyə tam nail ola biləcəyi sual altındadır, son etirazlar belə riskin yüksək olduğunu göstərir, üstəlik ictimai rəy müharibəni rejimdən “xilas yolu” olaraq görə bilər;
Beşincisi, böyük müharibə İranı parçalanma təhlükəsi ilə də üzə-üzə qoya bilər: hazırda Bəlucistanda baş verənlər bu riskin əyani nümunəsini təşkil edir;
İran rejiminin “qisas ritorikasını” gücləndirməsi başadüşüləndir, çünki heç bir cavab verməmək ilk növbədə Tehrandan hərbi-ideoloji olaraq qidalanan və anti-İsrail düşüncəsi ətrafında birləşən (səbəblərdən biri) proksi qüvvələr üzərində də “nüfuz zədələnməsi”nə səbəb ola bilər. Lakin İranın İsrailə birbaşa zərbələr endirməsi versiyasının reallığı üfüqdə çox zəif görünür.
Bütün bunların fonunda “İran-İsrail müharibəsi “tüstüsünün” yaratdığı boğanaq kimə sərf edir” sualı maraqlıdır. Burada iki mümkün cavab görünür:
- Baş verənlər Qərbin – ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırmasını şərtləndirir;
- Və neft bazarında qiymətlər sürətlə artır: artıq 90+ görünüb, 100 dollar ola biləcəyi proqnozları da var; bu, İrana da, ABŞ-a da (xam neftin qiyməti 90 dollara yaxınlaşır) sərf edir;
Reallıqlar İranın ritorikası, Qərb ölkələrinin “təxliyə planları” və ABŞ-ın xəbərdarlıqları fonunda belə düşünməyə əsas verir.
Asif Nərimanlı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO