Nida Təhlil
İranın İsrailə hücumunda hansı sirli məqamlar var?
İran nəhayət İsraildən “qisas” almaq üçün hərəkətə keçdi. Lakin göndərilən kamikadze PUA-ların saatlar sonra hədəflərinə çatacağı deyilir. Bu isə hücumun qarşısının böyük ölçüdə alınacağı deməkdir. Artıq İsrail Hərbi Hava Qüvvələri və ABŞ təyyarələri səmada İran PUA-larını “ovlamaq” üçün hazır vəziyyətə gətirilib.
Hücumda müəmmalı görünən məqam saatlar sonra hədəflərinə çatacaq PUA-ların hərəkət istiqaməti ilə bağlı medianın belə məlumatlar yaya bilməsidir. Misal üçün, “Al Arabiya” İran PUA-larının İraqın cənubundan İsrailə keçdiyini yazır. Bu, Trampın dövründə İranın Yaxın Şərqdəki ABŞ hədəflərini “vurması”nı yada salır: Tehranın “qisas” görüntüsü yaratmaq məqsədilə raket zərbələri haqda öncədən Vaşinqtonu məlumatlandırdığı, hücumdan öncə amerikalı hərbçilərinin bazaları tərk etdiyi haqda informasiyalar vardı, bunu hətta Tramp da sonralar dilə gətirmişdi, atılan raketlərin ABŞ bazalarının daha çox ətrafına düşməsi də bu kontekstdə diqqət çəkirdi. İndi İran “qisas” məqsədilə İsrailə dron sürüsü göndərir, amma hədəfdə olan ölkə də daxil olmaqla hər kəs “karqo sifarişi”ni gözləyən kimi PUA-ların yolunu gözləyir.
İranın hücumunun hərbi müstəvidə təsirinin nə qədər effektli olacağı mübahisəlidir, lakin bunun bütün bölgədə siyasi təzyiqi yüksəldəcəyi qaçılmaz olacaq. Xüsusilə Tehranın digər ölkələrə qarşı “İsraillə münasibətlərin kəsilməsi” kimi siyasi narsizmə əsaslanan tələbləri aktuallaşa bilər. Bu konteksdə Azərbaycanın da üzərinə gələcəkləri gözləntisi var.
Asif Nərimanlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)













.jpg)