Nida Təhlil
ABŞ niyə sülhməramlıların Qarabağdan çıxmasına qarşıdır? - ŞOK FAKTLAR
ABŞ-ın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına münasibəti bir faktı növbəti dəfə ortaya qoydu: dünyanın müxtəlif coğrafiyalarında Rusiya ilə üz-üzə gələn ABŞ məsələ ermənilərin maraqları olanda “ortaq mövqe”dən çıxış edir.
Dövlət Departamentinin sözçüsü Vedant Patelin sülhməramlıların çıxarılması haqda dedikləri bunu açıq şəkildə göstərdi. Vaşinqtonun rəsmi mövqeyini açıqlayan Patel bildirib ki, sülhməramlıların Qarabağdan çıxması Rusiyanın “etibarsız müttəfiq olduğunu” təsdiq etdi. O, Rusiya ordusunun Cənubi Qafqaz regionunun sabitliyinə töhfə verdiyinə dair faktın olmadığını qeyd edib. Əlavə edib ki, “payızda Qarabağda baş verən hadisələr buna sübutudur”.
Vaşinqtonun siyasi riyakarlıq olan bu mövqeyində iki məqsəd aydın şəkildə görünür.
Birincisi, Rusiyanın “etibarsız müttəfiq” olduğu mesajını erməni ictimaiyyətinə verir və göstərmək istəyir ki, “Rusiya etibarlı tərəfdaş olsaydı, Qarabağdan çıxmaz və ermənilərin orada qalmasını təmin edərdi”. Bununla Ermənistanda Rusiyanın mövqelərini zəiflətməyə çalışır.
İkincisi, Qarabağda erməni separatizminin ləğv olunmasına qarşı olduğunu nümayiş etdirir və bununla ermənilərin rəğbətini qazanmaq istəyir;
ABŞ-ın bu mövqeyi Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini qəbul etməməki deməkdir. Əks təqdirdə, dünyanın müxtəlif coğrafiyalarında Rusiya qoşunlarının çıxarılmasında israr edən Vaşinqton Qarabağdan çıxmasını da alqışlamalı idi. Qarabağda 30 ilə yaxın davam edən separatizm Dnestryanıda, Abxaziyada, Cənubi Osetiyada da var və bu münaqişə ocaqlarında Rusiya sülhməramlı kontingenti fəaliyyət göstərir. ABŞ Rusiya sülhməramlılarının bu ərazilərdən çıxarılması çağırışı edir, hətta bu məsələni beynəlxalq müstəvidə müzakirələrə çıxarır. Necə olur ki, Rusiya sülhməramlıları Qarabağdan çıxanda bunu qəbul etmir, əksinə, bölgədə qalmasını istəyir? Yaxud 2022-ci ilin yanvar ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışladığı halda, niyə Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını piyləyir?
Vaşinqton bu mövqeyi ilə siyasi riyakarlığını nümayiş etdirdi və bir daha aydın oldu ki, sözdə verilən bəyanatların əksinə olaraq, əməli addımlarda ABŞ Azərbaycanın suverenliyinə qarşı siyasət yürüdür. Və bunun üçün əlindən gələni edir də, hətta düşmən olduğu Rusiya ilə sövdələşməyə qədər.
2023-cü ilin 20 sentyabrında Qarabağda keçirilən anti-terror tədbirlərindən üç gün öncə ABŞ, Avropa İttifaqı və Rusiya arasında İstanbulda Qarabağla bağlı keçirilən gizli görüş bunun əyani nümunəsidir. ABŞ Azərbaycanın suverenliyini bərpa etməsinə mane olmaq və Qarabağda erməni separatizminin davam etdirilməsi naminə Ukraynada düşmənçilik etdiyi və bütün münasibətləri kəsdiyi Rusiya ilə bir masa arxasında əyləşərək, sövqələşməyə çalışırdı.
ABŞ-ın Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına qarşı olması da bu siyasətin davam etməsindən qaynaqlanır. Çünki Qərbdə “ermənilərin Qarabağa qaytarılması” və separatizmin davam etməsi ümidləri hələ də qalırdı, bu istiqamətdə beynəlxalq kampaniya da təşkil olunurdu. Rusiya sülhməramlılarının Qarabağda qalmasını da ermənilərin qayıda bilməsinin “təminatı” kimi görürdülər. Görünür, sülhməramlıların çıxarılması ABŞ başda olmaqla Qərb ölkələrinin bu planını sıradan çıxardı. Dövlət Departamentinin narahatlığı da bundan qaynaqlanır.
Asif Nərimanlı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır


















.jpg)




.jpg)











