Nida Təhlil
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur
Prezident İlham Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutur:
- Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir;
- Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir;
- Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir;
Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır və bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskvada Əliyevlə Putin bu kontekstdə iki məsələni müzakirə edə bilər.
Birincisi, Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında görüşün keçirilməsidir: Paşinyan Moskvaya səfər edərsə, Putin bu məsələni onunla da müzakirə edəcək, lakin əvvəlcə Əliyevlə razılaşmağa ehtiyac var;
İkincisi, Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər, bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır;
4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir, hərçənd, razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi – xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularından biri ola bilər.
Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir.
Asif Nərimanlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































