Nida Təhlil
Paşinyandan Araikgilin məhkəməsi haqda uydurma iddia – İrəvan nədən qorxur?
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda hərbi cinayətlər törətmək ittihamı ilə məhkəmə qarşısına çıxarılan ermənilər haqda danışıb və iddia edib ki, “bu şəxslərə qadağan olunmuş psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var”, “məqsəd onların ifadələrindən istifadə edərək, regionda gərginliyi artıracaq bəyanatların verilməsidir”.
Paşinyan ilk dəfədir Qarabağda həbs edilən bu dəstə haqda “müdafiə” xarakterli çıxış edir və “onları rəqibim hesab etmirəm” deyir. Əslində Araik Arutyunyan və digərlərinin həbs olunması – Xankəndidən İrəvana qayıtmaması indiyə qədər Paşinyana sərf edib, çünki separatizmin ləğvindən sonra bu dəstənin Ermənistana qayıtması həmin vaxt hakimiyyətə qarşı etirazları fərqli məcraya yönəldə, daha təhlükəli edə bilərdi. Artıq bu təhlükə sıradan çıxıb və məhkəmənin getdiyi vaxt erməni ictimai rəyində hakimiyyətə qarşı ittihamlar intensivləşdiyi üçün Nikol bu dəstəni müdafiə etdiyini nümayiş etdirir.
Hərçənd, Paşinyanın iddialarının əsas səbəbi qorxularıdır:
1. Bu dəstənin məhkəmədə verəcəyi ifadələr – etiraflar;
2. Bu etirafların Paşinyan da daxil olmaqla Ermənistanı ittiham altına salması;
İlk məhkəmə prosesində Araik Arutyunyan şəxsi təşəbbüsü ilə çıxış üçün söz alaraq, Gəncənin bombalanmasından danışdı və bildirdi ki, “vurulma əmrini o verməyib, onun belə bir səlahiyyəti, hətta rəy bildirməyə də imkanı olmayıb”. 44 günlük müharibə dövründə bütün əmrlər, o cümlədən, Azərbaycan şəhərlərinin bombalanması əmri də Paşinyan tərəfindən verilirdi. Məhkəmə prosesində hər şey Araik Arutyunyan və digərləri tərəfindən etiraf edilsə, bu, Ermənistanın, birbaşa Nikol Paşinyanın hərbi cinayətlərini isbatlayacaq. Hətta məhkəmə prosesində Ermənistanın dəhşətli cinayətlərinə dair çoxsaylı faktların ortaya çıxması da gözləniləndir.
Paşinyanın “qadağan olunmuş psixoaktiv maddələrlə” bağlı iddiası da məhz özünü sığortalamağa, Bakıdakı məhkəmə prosesinin və Ermənistanın hərbi cinayətləri ilə bağlı ortaya çıxması gözlənilən faktların legitimliyini şübhə altına almağa hesablanıb.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO

































