Nida Təhlil "USAID bataqlığı" qurudulur: “Bu, sadəcə qurd topasıdır” 8 Fevral 2025 12:34 Donald Tramp Ağ evə qayıdışından sonra verdiyi qərarlarla gündəm yaratmaqda davam edir. Onun xarici ölkələrə yardımların 90 gün müddətinə dondurulması barədə sərəncamının ardınca, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı sərgilədiyi mövqe ciddi rezonans doğurub. Belə ki, təşkilat vasitəsi ilə ayrılan yardımlarla bağlı yoxlamalar aparılacaq. Söhbət 50 milyard dollara yaxın vəsaitdən gedir. Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Ağ ev rəhbərinin məlum tutumunun konturlarını Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Maskın son açıqlamalarında görə bilərik. O bildirib ki, USAID-in ləğvi prosesi gedir, təşkilat bərpa oluna bilməz: "Bu, qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır". Mask təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə də ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb. Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin də mövqeyi birmənalıdır: “USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir”. Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ yardımının yalnız 10-13%-i nəzərdə tutulan alıcıya çatır. "Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib. Korrupsiya, narkotik istehsalı, talama ABŞ mətbuatının məlumatına görə, agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Milyarder Den Pena bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır. Onun sözlərinə görə, bunu hamı bilir, amma heç kim danışmır. USAID-in adı narkotik vasitələrin satışı və becərilməsində iştirakda da hallanır. Belə ki, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Mediada təşkilatın Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə də xəbərlər yayılıb. Azərbaycan rəhbərliyinin uzaqgörənliyi Qeyd edək ki, USAID uzun illər postsovet məkanı, eləcə də Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Təşkilatın destruktiv fəaliyyətinin nəticələri əvvəlki illərdə Azərbaycanda da hiss edilib. Lakin ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində bu təhdidlər minimallaşdırılıb və tamamilə aradan qaldırılıb. Elə bu səbəbdəndir ki, Bayden administrasiyası dönəmində Vaşinqtonla Bakı arasında münasibətlərdə narazılıqlar olub. Bu baxımdan Azərbaycan rəhbərliyinin USAID-in taleyi ilə bağlı bir müddət əvvəl səsləndirdiyi fikirlər diqqət çəkir. Hələ keçən ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, yardım asılılıq yaratmamalıdır: “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”. Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovun yanvarın ortalarında açıqladığı məqamlar da vurğulanmalıdır. Nazir bəyan edib ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırladıb ki, 2000-ci ildən çərçivə sənədi mövcud idi: "Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir”. Samanta Pauerlə Ruben Vardanyanı birləşdirən maraqlar USAID-in anti-Azərbaycan fəaliyyəti tək ölkəmizdə daxili siyasi proseslərə müdaxilə ilə yekunlaşmır. Burada ən çox diqqəti cəlb edən məqam təşkilatın bu illər ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləməməsi, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməməsi, hətta onlara bir manat da yardım ayırmamasıdır. USAID-in direktoru da ermənipərəst Samanta Pauerdir. O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini vaxtilə təhdid edən separatçılara dəstək verməsi ilə tanınır. Onun Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanla da sıx əlaqələri daim müzakirə mövzusu olub. Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat bir milyon dollar məbləğində qrant alıb. Təbii ki, bu qrant Samantaya ermənipərəst mövqeyi, separatçılara dəstəyi müqabilində verilib. Beləliklə, artıq hər bir istiqamətdə çərçivələri aşaraq hətta ABŞ-nin özünün maraqlarını təhdid halına gələn USAID ətrafında yaşananlar ciddi proseslərin xəbərçisi kimi də qiymətləndirilə bilər. Bu addımlar bədnam Bayden-Blinken cütlüyünün dünyada yaratdığı bataqlıq mənbələrinin qurudulması istiqamətində bir şans kimi görünür. Hər şey Tramp administrasiyasının qətiyyətindən və iradəsindən asılıdır. ("Kaspi" qəzeti) Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Tale Bağırzadə Avropada “nümayəndəlik” açdı - İran proksilərini kimlər himayə edir? Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir? İlham Əliyevin tarixi Vaşinqton zəfəri: Azərbaycan müharibə və sülhün qalibidir Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı? Vaşinqtondan sonra Cənubi Qafqaz dəyişdi: Azərbaycanın qurduğu YENİ DÜZƏN Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi? Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO