Nida Təhlil ABŞ-da “erməni qonaqpərvərliyi” - Və ya uğursuzluğa düçar olan səfər 8 Fevral 2025 11:20 Nikol Paşinyanın ABŞ-yə gedişinin rəsmi məqsədi beşinci illik “Beynəlxalq dini azadlıq sammiti”ndə iştirak olsa da, səfər bir neçə amil baxımından maraq kəsb edirdi. İlk növbədə ona görə ki, Bayden administrasiyasının son günlərində tələsik imzalanmış strateji münasibətlərə dair sazişi Trampın ətrafından heç kim indiyədək şərh etməyib. Bu rəsmi “iqnor” atmosferində Ermənistan liderinin Vaşinqtonda necə qarşılanacağı və yaxud rəsmi şəxslərdən kimlərlə görüşəcəyi ölü doğulmuş anlaşmanın gələcək müqəddəratına dair ip ucu verə bilərdi. İkincisi isə strateji paktın bir sıra müddəalarının həyata keçməsi tarixin arxivinə atılmış USAID vasitəsi ilə icra olunacağından agentliyin qapanması fonunda erməni lobbisi və diasporunun davranışı maraq doğururdu. Həm USAID kimi donordan olan, həm də rəsmi strukturlar tərəfindən inkar edilən Paşinyan bütün bunlara rəğmən ilk və bəlkə də ən ağrılı zərbəni soydaşlarından - ABŞ-də yaşayan ermənilərdən aldı. Çörək verənə arxa çevirmək və xəyanət etmək erməni xalqının genetik kodunda yazılıb. Tarix boyu çox himayədar satmış ermənilər bu dəfə özlərindən olan Paşinyana qarşı da amansız oldular. ABŞ-yə ayaq basdığı andan onu müşayiət edən yerli ermənilər baş naziri hər yerdə sərt tənqid atəşinə tutub, qorxaqlıqda və 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarını “itirməkdə” günahlandırdılar. Mövzudan uzaqlaşmayaraq qeyd edək ki, bundan əvvəl onlar Serj Sarqsyanı diasporun ayırdığı ianələri “yemək”də, Robert Köçəryanı isə Rusiyaya meyillilikdə suçlayırdılar. Ermənistanı Qərblə inteqrasiyaya yönəldən Paşinyan həmyerlilərindən daha xoş münasibətə ümid etsə də, göründüyü kimi, gözləntilərində yanılmış oldu. Trampa lazım olmayan “strateji münasibətlər” Paşinyanın ABŞ-də olduğu müddətdə istədiyi rəsmi şəxslərlə görüşə bilməməsi səfərin uğursuzluğunun başlıca göstəricisidir. Çünki mümkün deyil ki, bir dövlətin strateji tərəfdaşı olan digər ölkənin lideri yüksək səviyyədə qəbul edilməsin. Bu miqyaslı sənədlər adətən hakimiyyətlər və ya ayrı-ayrı simalar arasında imzalanmır, daha geniş anlamda dövlətlərin birgə maraqlarını ehtiva edir. Paşinyanın səfərinin qulaqardına vurulması göstərir ki, birincisi, Ermənistanı bir dövlət olaraq ciddiyə alan yoxdur, ikincisi isə USAİD çapda qurumu neytrallaşdırmaqla bütün dünyaya yardımı kəsən Tramp üçün İrəvanı bəsləməyə nə vaxt, nə pul, nə də səbir var. Odur ki, Paşinyanın ümidi qalır yalnız Makron Fransasına. Makron isə itirə-itirə gedir ki, ən böyük itkisi də Fransa boyda dövlətin dünyadakı imici və reputasiyasıdır. USAID-sız Ermənistana çox çətin olacaq ABŞ hökumətinin xarici yardımlarını tənzimləyən qurumun qapanması Ermənistanın xarici siyasətinə dəymiş ən böyük zərbələrdən biridir. USAID-in Ermənistanın həyatındakı rolu ölçüyəgəlməzdir. Həm həyata keçirilən layihələrə dəstək, həm də Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ermənipərəstliyi baxımından. Qurumun ermənidən daha çox erməni olan sabiq rəhbəri Samanta Pauerin bizə qarşı düşmən mövqeyi yaddaşlardan hələ silinməyib. Həm yeni administrasiya tərəfindən diqqətsizliyi görən, həm də USAID kimi maliyyə mənbəyini itirən Paşinyan çıxış yolu təskinliyi erməni diasporu və lobbisi ilə sıx işbirliyində olan mərkəzlər və fondlarda keçirdiyi görüşlərdə, habelə ermənipərəst senator və konqresmenlərlə bir araya gəlməkdə tapmalı oldu. Yeri gəlmişkən, bu görüşlərdə iştirak edən Adam Şiff, Frenk Palloun, Riçard Hadson, Rocer Uiker, Endi Harris və digərləri Paşinyanın səfəri ilə üst-üstə düşən USAID-in qapadılmasına ən çox etiraz edən şəxslərdir. Birincisi, özlərinin vasitəçilik etdikləri prosesdə faizləri kəsilir, ikincisi isə muzdla müdafiə etdikləri Ermənistana maliyyə yardımları. Simvolik təsadüfdür ki, görüşlərdə daha bir senator - Bob Menendesin iştirakı mümkün olmadı, çünki vaxtilə ermənilər üçün dəridən-qabıqdan çıxan türk düşməni indi dəmir barmaqlıqlar arxasındadır və tezliklə həyat yoldaşı Nadin Arslanyan da eyni aqibəti yaşayacaq. Mələk görkəmi ilə maskalanmış müharibə şeytanları ABŞ-də olduğu günlərdə Paşinyan erməni icması ilə keçirdiyi görüşlərdə barış və sülh mesajlı çıxışları ilə diqqəti cəlb etməyə çalışdı. Ancaq bu gün xüsusilə 30 illik “sülh göyərçini” olan Ter-Petrosyanın məlum videogörüntüləri üzə çıxandan sonra Ermənistanda kiminsə həqiqətən də barışıq tərəfdarı olduğuna dair zərrə qədər olsa da, ümid və güvən qalmayıb. Heç Paşinyanın özü də Ter-Petrosyandan fərqlənmir. 44 günlük müharibədən öncə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyanın da üzə çıxan kitabında Azərbaycanın əzəli torpaqlarında təşəkkül tapmış dövlətinin Ağdamdan şərqə, Bakıya doğru daha da irəliləməsini vəsf edən arzular, xəyallar təsvir olunur. Onun Vaşinqton səfəri ərəfəsində İrəvanda qəbul etdiyi Karnegi Fondunun heyətində daha bir faşist görüşlü erməni - Türkiyədə siyasi bölücülüklə məşğul olan Qaro Paylanın yer alması qənaətimizin aşkar sübutudur. Paylan bu yaxınlarda verdiyi bir müsahibədə bildirir ki, hazırda Ermənistanın Azərbaycana qalib gəlməyə gücü yoxdur, ancaq 3-5 ilə Fransa və ABŞ-nin köməkliyi və hərbi dəstəyi ilə itirdiklərini qaytara biləcək. Paylan Türkiyədə PKK terror təşkilatının siyasi qolu olan HDP-də təmsil olunur və hətta 2018-ci ildə qardaş dövlətin parlamentinə seçilməyi də bacarıb. Təbii ki, qanunverici orqandakı qızışdırıcı və separatizm qoxulu çıxışları ilə yadda qalıb. 44 günlük Vətən müharibəsində Ankaranı Azərbaycanı dəstəkləməkdə suçlayan Paylan hər il aprel ayında “erməni genosidi”nə dair paylaşımlar edir və Türkiyəni “soyqırımı” törətməkdə günahlandırır. Belə bir faşist dünyagörüşlü şəxsin Paşinyanla nələri müzakirə etdiyi barədə çox düşünməyə ehtiyac varmı? Revanşizm xülyaları ilə yaşayan simalarla, diaspor nümayəndələri ilə görüşlər keçirən şəxsin sülh tərəfdarı olması nə dərəcədə inandırıcı ola bilər? ("Kaspi" qəzeti) Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Tale Bağırzadə Avropada “nümayəndəlik” açdı - İran proksilərini kimlər himayə edir? Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir? İlham Əliyevin tarixi Vaşinqton zəfəri: Azərbaycan müharibə və sülhün qalibidir Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı? Vaşinqtondan sonra Cənubi Qafqaz dəyişdi: Azərbaycanın qurduğu YENİ DÜZƏN Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi? Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO