Nida Təhlil Vardanyana konkret ittihamlar İRƏLİ SÜRÜLDÜ 13 Fevral 2025 20:00 Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Publika.az xəbər verir ki, iclasda Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxsə irəli sürülmüş konkret ittihamları elan edib. Bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb. O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb. Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib. Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib. Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb. Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Tale Bağırzadə Avropada “nümayəndəlik” açdı - İran proksilərini kimlər himayə edir? Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir? İlham Əliyevin tarixi Vaşinqton zəfəri: Azərbaycan müharibə və sülhün qalibidir Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı? Vaşinqtondan sonra Cənubi Qafqaz dəyişdi: Azərbaycanın qurduğu YENİ DÜZƏN Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi? Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO