Nida Təhlil
İfşa edilən USAİD-in Azərbaycanda gizli fəaliyyət mexanizmləri

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Tramp administrasiyası tərəfindən ifşa edilməsi bu təşkilatın “humanitar yardım” adı altında ölkələrin daxili işlərinə və seçkilərə müdaxilə etdiyini, inqilab və xoas planlarını həyata keçirdiyini, terror təşkilatlarından tutmuş beynəlxalq cinayət şəbəkələrinə qədər qeyri-qanuni qruplarla gizli əlaqələrə malik olduğunu rəsmi şəkildə təsdiq etdi. USAİD-in bu fəaliyyəti Azərbaycan cəmiyyətinə də yaxşı məlumdur, çünki təşkilatın ölkəmizi hədəf seçməsi yeni məsələ deyil.
1991-ci ildə “humanitar yardım” adı ilə ölkəyə yerləşən USAİD-in gerçək məqsədi 2000-ci illərdə ortaya çıxmağa başladı. 2003-cü ildə xaos planlarının təşkil edilməsi və maliyyələşdirilməsində bu təşkilat aktiv rol oynamışdı. 2013-cü ildə yenidən uğursuz cəhdlər edildi. USAİD-in Azərbaycanda xaos planları baş tutmasa da, casus şəbəkəsinin yaradılması və təşkilatlandırılması işi daim həyata keçirilib.
USAİD xüsusilə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və media sektorunda şəbəkə qurmaq istiqamətində işləyib. 2014-cü ilə qədər şəbəkənin qurulması və maliyyələşdirilməsi imkanları geniş olsa da, qrant layihələri ilə bağlı qanunda dəyişiklik edildikdən sonra bu imkanlar azaldı. Qanuna edilən dəyişikliklər qrant layihələrinin şəffaflığı tələbini sərtləşdirmişdi, bu isə USAİD-in qeyri-qanuni maliyyə əməliyyatlarını yerinə yetirməsini əngəlləyirdi. Təşkilat Azərbaycandakı fəaliyyətini qanunlara uyğun şəffaflaşdırmaq əvəzinə, digər qeyri-qanuni vasitələri işə saldı. Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə maliyyənin keçirilməsi də həmin dövrə təsadüf edir. 2014-cü ilə qədər Azərbaycanda siyasi partiyaların da daxil olduğu şəbəkəsini QHT-lər üzərindən asanlıqla maliyyələşdirən USAİD daha sonra bunu media resursları üzərindən tətbiq etməyə başladı, çünki qrant layihələrinə nəzarət gücləndirilmişdi.
Bu proses USAİD-in Azərbaycandakı gizli fəaliyyət mexanizmlərini də üzə çıxarır.
Təşkilat əvvəlcə media sektorunu tamamilə ələ almaq istiqamətində çalışırdı, lakin bir neçə resursdan savayı, misal üçün, “Turan” agentliyi, ciddi nəticə əldə edə bilmədi. Daha sonra külli miqdarda vəsait xərcləyərək, yeni media resursları yaratmağa başladılar. “Meydan Tv”, “Abzas” və “Toplum Tv” belə nümunələrdəndir. Yeni media resurslarının yaradılmasının hədəfləri vardı.
1. Azərbaycanın ictimai rəyinə öz media resursları ilə təsir etmək;
2. Bu media resurslarının əli ilə ölkə daxilindəki şəbəkəni maliyyələşdirmək.
Əsas diqqətçəkən məqam USAİD-in nəzarətindəki resursların “müstəqil media”, “yeganə dəqiq mənbə” kimi təqdim edilməsidir. Bu, təsadüfi deyildi. Əgər görünən məqsəd təşkilatın özünə bağlı resursları “müstəqil media” kimi göstərərək, ictimai rəyə ötürülən dezinformasiyalara həqiqət donu geyindirmək idisə, arxa fondakı hədəf ölkəyə qeyri-qanuni maliyyənin bu resurslar vasitəsilə daxil edilməsini həyata keçirmək, dövlətin bu cür qanunsuz fəaliyyətin qarşısını almaq istiqamətindəki addımlarını “müstəqil mediaya təzyiq” kimi qələmə verib, beynəlxalq ictimai rəyi çaşdırmaq idi. “Abzas”, “Meydan Tv” və “Toplum Tv”, eləcə də bu şəbəkəyə daxil olan digər “media resursları”nın qrant qaçaqmalçılığı ilə bağlı fəaliyyətinin ifşa edilməsi belə faktları ortaya çıxardı.
Gürcüstanı maliyyə qaçaqçılığının mərkəzinə çevirən USAİD bu ölkədə həm də informasiya diversantlarını hazırlayırdı. GİPA (Gürcüstanın İctimai Əlaqələr İnstitutu) bu prosesdə əsas “məktəb” rolunu oynayıb. Bu instituta daxil olmaq üçün tələb olunan yüksək səviyyəli ingilis dili, yaxud digər üstünlüklər yetərli deyil, həlledici rolu “tövsiyələr” oynayır. Yəni USAİD-ə bağlı şəbəkənin üzvləri GİPA-da təhsil alacaq azərbaycanlı tələbənin “informasiya diversantı” olmaq potensialını qiymətləndirməli və onun haqqında “tövsiyə məktubu” verməlidir. Yalnız bu halda GİPA-da təhsil almaq mümkündür. GİPA ilə yanaşı, “İnternews” da USAİD-in kadr yetişdirən “məktəb”lərindən biri olub.
Hazırlanan kadrlar daha sonra USAİD tərəfindən maliyyələşdirilən media resurslarına işə qəbul olunur və informasiya təxribatlarının həyata keçirilməsi işinə töhfə verirlər.
Artıq ifşa edilən USAİD-in Azərbaycandakı fəaliyyəti dayandırılır. Bunun baş verməsi təşkilata bağlı şəbəkənin qanunsuz fəaliyyətinə də ciddi şəkildə təsir edəcək. “Turan” agentliyinin “maliyyə problemlərini” əsas gətirərək, fəaliyyətini dayandırması ilk nümunədir. Şəbəkənin digər resursları, ümumiyyətlə bütün üzvləri eyni vəziyyətlə üzləşəcək.
Publika.az Analitik

-
Sosial07:17
Bu gündən avanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO
-
İnanc25 Mart 20:36
Ramazanın 26-cı günü: dua, imsak və iftar vaxtı