Nida Təhlil Afrika ilə Türk dünyası arasında bağ - Bakı Afrikanın qapılarını açır 15 Fevral 2025 10:10 Beynəlxalq əməkdaşlıq müstəvisində Azərbaycanın xarici siyasət prioritetlərinin oxları yeni hədəfləri nişan almaqdadır. Rəsmi Bakı hazırda dünyanın əsas güc mərkəzlərinin üz tutduğu, mübarizə apardığı Afrika qitəsi ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsini nəzərdən keçirir. Bu baxımdan “Afrikanın qapısı” adlandırılan Somalinin Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə reallaşan səfəri zamanı müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar xüsusi önəm daşıyır. Prezidentlərin birgə bəyanatı Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti ilə təkbətək görüşü olub. Prezidentlər bunun ardınca geniş tərkibdə görüşdə müzakirələr aparıblar, daha sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Onun sözlərinə görə, Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır, gələcəkdə onların sayı artırılacaq. Bundan əlavə, Azərbaycan Somaliyə sərmayə imkanlarını da araşdırır. Bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. “Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir”, - deyə dövlət başçısı vurğulayıb. Somali Prezidenti Hasan Şeyx Mahmud isə deyib ki, bu səfərə, sadəcə, diplomatik əməkdaşlıq kimi baxılmamalıdır. Bu, həqiqətən iki qardaş ölkə arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq”, - Hasan Şeyx Mahmud bildirib. Dövlət başçılarının bəyanatlarından da göründüyü kimi, Azərbaycan Afrika qitəsinə özünün zəngin dövlətçilik təcrübəsi, maliyyə, təhsil, müdafiə imkanları ilə çıxışı hədəfləyir. Somali Prezidentinin səfəri Azərbaycanın Afrika qitəsində təhlükəsizlik problemləri, humanitar böhranlar və daxili münaqişələrlə üzləşmiş ölkələrlə bağlı yanaşmalarını təzələdiyini də göstərir. Somalini Azərbaycana bağlayan qoşmalar Qeyd edək ki, Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində yuxarıda qeyd olunan mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Somali Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı qarşılıqlı maraqları, ortaq islami dəyərləri qorumaq, iqtisadi-ticari əlaqələrdə yeni dinamikalar yaratmaq və onları təşviq etmək məqsədi daşıyırdı. Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Avropa, Yaxın Şərq, Afrika regionunda da qlobal təhlükəsizliyə təhdidlərin birgə müəyyən edilməsi səyləri təbii ki, Somalinin diqqətindən kənarda qalmır. Deməli, Somali Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, beynəlxalq əlaqələrinin aparılması, onların bu ölkəyə müsbət təsirlərinin prinsiplərini prioritetləşdirməklə prosesə töhfə verməyə çalışır. Bunlar, Azərbaycanla Somali arasında ikitərəfli və regional əməkdaşlıq formatlarını, iqtisadi-siyasi fəaliyyətin təşviqini böyüdür. Bundan əlavə, Somalinin beynəlxalq investisiya məkanı onu Afrikanın və qlobal ticarətin strateji yerlərindən biri kimi müəyyən edir. İmzalanmış sənədlərin strategiyası Hasan Şeyx Mahmudun səfəri zamanı Azərbaycanla Somali arasında imzalanan sənədlər də diqqət çəkir. Həmin sənədlər innovasiyalar, energetika, o cümlədən yaşıl enerji, elm və təhsil, müdafiə sahəsindəki əməkdaşlıqları əhatə edir. İmzalanmış sənədlər Azərbaycanla Somalinin əməkdaşlıq perspektivinə daha geniş bucaqdan işıq salmağa imkan verir. Bu sazişlər Azərbaycan və Somali arasında strateji sektorlar üzrə əlaqələrin dərinləşdirilməsində irəliyə doğru mühüm addımdır. Afrika ilə Türk dünyası arasında bağ Nəzərə almaq lazımdır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür, TDT daxilində mütərəqqi ideyaların, strateji layihələrin, ideoloji istiqamətlərin, iqtisadi fəaliyyətin açarlarına malikdir. Şübhəsiz ki, TDT Afrika regionu ilə Türk dünyası arasında əhəmiyyətli bir bağdır. Bu mənada Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlıqda yüksək fəallıq nümayiş etdirən tərəf kimi çıxış edir. Bu amil Azərbaycanın strateji müttəfiqi Türkiyənin Afrikada öz nüfuzunu yüksəltməsi, strateji irəliləyişlər əldə etməsi nəticələri ilə uyğun rejimdə qurulur. Burada Somali konteksti o mənada diqqət çəkir ki, o, Azərbaycanla yanaşı Çin, Türkiyə və digər beynəlxalq tərəfdaşları ilə münasibətlərini inkişaf etdirir. Deməli, Azərbaycan Afrika regionu ilə TDT əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəki səyləri ilə həm özünün beynəlxalq nüfuzunu artıracaq, həm də Afrika regionunda çoxtərəfli əməkdaşlıq müstəvisində mövqelərini irəlilədəcək. ("Kaspi" qəzeti) Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Tale Bağırzadə Avropada “nümayəndəlik” açdı - İran proksilərini kimlər himayə edir? Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir? İlham Əliyevin tarixi Vaşinqton zəfəri: Azərbaycan müharibə və sülhün qalibidir Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı? Vaşinqtondan sonra Cənubi Qafqaz dəyişdi: Azərbaycanın qurduğu YENİ DÜZƏN Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi? Reklam Xəbər lenti Günlük Həftəlik Nəqliyyat10:50 Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşdi Nida Xəbər 10:43 Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində oldu - FOTO/VİDEO MDB10:36 Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var Dünya10:33 İran Ərbili vurdu Region10:29 Simonyan üçüncü dəfə evlənir: Paşinyan toya gələcək? Elm və təhsil10:22 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Sosial10:15 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi Nəqliyyat10:08 Ermənistanla sərhəddə Naxçıvan dəmir yolunun ilk 7 km-də tikinti işləri aparılır Rəsmi xronika10:01 Prezident Naxçıvanın tarixi abidələrindən danışdı - VİDEO Daha çox Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Yaxın Şərq11 Avqust 13:01 Bəşər Əsədə ölüm hökmü verildi Rəsmi xronika11 Avqust 23:01 Prezident ANONS VERDİ - “Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq" Qoroskop00:00 Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir İdman11 Avqust 23:48 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi Sosial11 Avqust 13:15 Məşhur şadlıq sarayı satışa çıxarıldı Avropa11 Avqust 18:48 Ali Məhkəmənin keçmiş sədri PREZİDENT SEÇİLDİ Maraq dünyası11 Avqust 17:49 Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA Rəsmi xronika11 Avqust 23:40 Həmin xətlər Naxçıvana Ermənistan ərazisindən çəkiləcək - Layihə hazırdır Yaxın Şərq11 Avqust 17:07 Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq Banklar 6 Avqust 03:43 Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi Ekologiya11 Avqust 08:49 Dünyanın sonu yaxınlaşır... - Xəbərdarlıq Cənubi Qafqaz10 Avqust 15:35 Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası Sosial6 Avqust 10:54 Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi Yaxın Şərq9 Avqust 13:12 "Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi Yaxın Şərq11 Avqust 16:30 Məkkə müqaviləsi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir - DETALLAR Rəsmi xronika7 Avqust 13:15 Prezidentdən daha bir qərar: Bu ödəniş ləğv edildi Qoroskop7 Avqust 17:49 Onları aldatmaq çətindir: Ən güclü intuisiyaya sahib 5 bürc Ekologiya9 Avqust 18:24 Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar Ekopublika.az5 Avqust 22:18 Mal əti bahalaşdı: bu qiymətə satılır Gündəm Rəsmi xronika10:18 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika09:43 Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO ABŞ09:12 ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı MDB09:00 Xəzər pələngi vəhşi təbiətə qaytarılır Sosial08:36 Bu rayonların bir hissəsi qazsız qalacaq Qadın08:00 Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ İdman06:46 Superkompüter La Liqanın favoritini açıqladı Magazin106:16 51 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO