Nida Təhlil
Ukrayna Ərəbistan görüşünə qatılacaq? - Kiyevin müəmmalı manevrləri
Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Rusiya danışıqları ətrafında müəmmalı vəziyyət yaranıb. Və əsas sual Ukraynanın bu danışıqlarda iştirak edib-etməyəcəyidir.
Zelenski Kiyevin ABŞ-Rusiya görüşünə dəvət edilmədiyini bəyan edib, ardınca bildirib ki, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri planlaşdırılır. Dünən Zelenski BƏƏ-yə rəsmi səfər edib, Ukrayna nümayəndələri isə səudiyyəli həmkarları ilə onun Ər-Riyad səfəri üzərində işləyirlər: rəsmi məlumata görə, səfər çərçivəsində investisiya və ikitərəfli münasibətər prioritet olacaq, hərçənd, əsas məqsədin Ukrayna ilə bağlı Vaşinqton-Moskva danışıqları olduğu aydındır.
Burada iki məqam xüsusilə önəmlidir:
Birincisi, ABŞ-Rusiya nümayəndələrinin görüşündə Kiyevin təmsilçiləri olacaqmı?
Rəsmi Kiyev “Rusiya sülhə hazır deyil” bəyanatı ilə bu görüşə qatılmayacaqlarını bəyan edib, lakin Ukrayna nümayəndələrinin artıq Səudiyyədə olduğuna dair məlumatlar var. Bu, Zelenskinin mümkün səfərinə hazırlıq məqsədi kimi görünsə də, onların ABŞ-Rusiya nümayəndələrinin danışıqlarında iştirak edəcəyi istisna edilməməlidir. Ukrayna mümkün danışıqlarda gündəliklə praktiki olaraq tanış olmaq və buna uyğun addım atmaq istəyir.
İkincisi, ABŞ-Rusiya danışıqları – Tramp-Putin mümkün zirvə görüşündən öncə Zelenski niyə BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə üz tutur?
Səfərin iqtisadi-siyasi əməkdaşlığa dair gündəliyi vitrin xarakteri daşıyır, Kiyev üçün üç ölkə mövcud vəziyyətdə əhəmiyyətlidir.
1. ABŞ və Rusiyanın Ukrayna danışıqlarına qarşı alternativ cəbhə qurmaq: Kiyevi dəstəkləyən Avropa faktiki oyundankənar vəziyyətə düşüb, Münhendə bu, açıq şəkildə göründü; Zelenski hər üç ölkənin dəstəyini almaqla mümkün danışıqlarda Ukraynanın siyasi cəbhəsini genişləndirmək və əlini gücləndirmək istəyir;
2. Mümkün danışıqlarda hər üç ölkənin Ukraynanın mövqeyindən çıxış etməsinə nail olmağa çalışır: mümkündür ki, Zelenski Səudiyyədəki danışıqlara Türkiyə və BƏƏ-nin də iştirak etməsi şərti ilə qatıla biləcəyini irəli sürsün, səfər trafikinin əsas hədəfi də bunu müzakirə etmək ola bilər;
Buna nail olacaqları sual altında olsa da, mövcud şərtlərdə Ukrayna diplomatiyasının bütün mümkün manevrlərdən istifadə etməsi doğru gedişdir. Rəsmi Kiyevin zidiyyətli davranışları – görüşdən imtina etmələri fonunda Zelenski və komandasının ərəb ölkələrinə gedişi – mümkün Ər-Riyad danışıqlarında mövqelərin möhkəmləndirilməsi ilə yanaşı, kənarda qalan Avropanı da qıcıqlandırmamağa və dəstəyini itirməməyə hesablanıb.
Asif Nərimanlı
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı


























.jpg)
.jpg)







