Nida Təhlil
“Alman Tramp”ın qələbəsi, ifrat sağın yüksəlişi - Avropanı nə gözləyir?
Almaniyada federal seçkilərinin nəticələrinə görə Olaf Şolzun partiyası Sosial Demokratlar Partiyası məğlub olub. 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqının lideri Fridrix Merts yeni kansler olacaq. “Alman Tramp” adlandırılan Merts sərt proqramları ilə seçilir, xüsusilə miqrantlara qarşı.
Merts Ukraynaya dəstəyi ilə tanınır, lakin seçkidən öncə - Tramp-Putin danışıqlarından sonra onun “Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün ciddi cəhdlər göstərməli olacağı” haqda açıqlaması da diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir, lakin Mertsin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırki prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir.
Seçkilərdə əsas diqqətçəkən məqam isə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ilk dəfə rekord səs (20 faiz) qazanaraq, ikinciliyə yüksəlməsidir. Dörd il əvvəl AfD cəmi 9,7 faiz səs toplamışdı. CDU/CSU daha az səs toplayan digər partiyalarla koalisiyaya gedərək, AfD-nin hakimiyyətdə təmsil olunmasına imkan verməyəcək, lakin ifrat sağçıların yüksəlişi Almaniya siyasətində dönüş nöqtələrindən biri ola bilər. Və bu nəticə digər Avropa ölkələrindəki ifrat sağçıların da yüksəlişini stimullaşdıra biləcək amillərdəndir. Bu yüksəliş Avropa İttifaqının gələcəyini, ümumilikdə Avropanın güc mərkəzi olmaq strategiyasını da təhlükə altına atır.
Trampın hakimiyyətə gəlişi fonunda Avropada ifrat sağın yüksələcəyi gözləntiləri özünü doğruldur. Bu, Trampın - respublikaçıların Avropanı qeyri-ənənəvi metodlarla nəzarətdə saxlamaq siyasətidir.
Asif Nərimanlı
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış












.jpg)




.jpg)

.jpg)













