Nida Təhlil
Öcalanın PKK çağırışının şifrələri - Türkiyənin planı nədir?
Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər. Bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq.
1. PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq;
2. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək: bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər;
3. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azaldacaq;
4. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq: parçalanmış qruplaşmaya qarşı mübarizə daha effektli ola bilər;
5. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək;
6. PKK-dan, onun ideologiyasından Türkiyəyə qarşı siyasətdə istifadə edən qüvvələrin-ölkələrin rıçaqları zəifləyəcək;
Qəndilin Öclanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. İstisna deyil ki, Qəndil və PKK-da “sərmayəsi” olan qüvvələr “müqaviməti” davam etdirmək və Öcalan planını pozmaq üçün Türkiyədə yeni terror aktlarına cəhdlər edəcək.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































