Nida Təhlil
Zelenski geri çəkilir: Ukrayna bu gün ABŞ-ın istədiyini verəcək?
Ağ Evdəki məlum mübahisədən sonra ABŞ-ın Ukraynaya hərbi yardımlarını dayandırması o qədər də təəccüblü olmadı: Tramp bununla faydalı qazıntılarla bağlı sazişi imzalamaqdan imtina edən Zelenskiyə demarş edir, həm də müharibənin başa çatması – danışıqlar masasının qurulmasına zəmin yaradır.
Vaşinqtonun bu addımı fonunda Ukraynanın mövqeyinə müəyyən korrektlərin etdiyi müşahidə edilir. Oval ofisdə fəlakətli görüşdən təəssüfləndiyini dilə gətirən Zelenski bir neçə diqqətçəkən bəyanat verib.
- Sülh əldə etmək üçün prezident Trampın güclü liderliyi altında işləməyə hazır olduqlarını bildirib, hətta “yol xəritəsi” də təqdim edib: ilkin mərhələdə məhbusların azad edilməsi və hava hücumlarında atəşkəsin bağlanması, daha sonra dənizdə buna nail olunması, sonda yekun razılaşmanın əldə olunması;
Ukraynanın bu mövqeyi danışıqlar masasında kənarda qalmaq riskindən qaynaqlanır, xüsusilə Ağ Evdəki problemdən sonra. Eyni zamanda, London sammitindən çıxan “ABŞ-a müraciət etmək” qərarı Zelenskini Tramp Administrasiyası ilə münasibətləri yoluna qoymağa sövq edən amildir. Onun sülhlə bağı dedikləri Makronun Vaşinqtona ünvanladığı plana uyğundur. İstisna deyil ki, Avropada Kiyevə yekunda bütün qapıların Vaşinqtona çıxdığı izah edilib.
- Ukrayna faydalı qazıntılarla bağlı sazişi “istənilən vaxt və istənilən əlverişli formatda” imzalamağa hazırdır: “Biz bu sazişi daha böyük və güclü təhlükəsizlik təminatlarına doğru atılan addım kimi görürük”, - Zelenski bildirib.
Bu, Kiyevin “saziş əvəzinə təhlükəsizlik zəmanəti” şərtindən geri çəkildiyi və Vaşinqtonun “Amerika investisiyasının Ukraynada olması təhlükəsizlik zəmanətidir” mövqeyinə yaxınlaşdığının işarəsi hesab oluna bilər.
Bu kontekstdə iki informasiya önəmlidir.
1. Tramp “sabah vacib bir axşam olacaq” anonsunu verdi;
3. “Röyters” dörd mənbəyə istinadən “ABŞ və Ukrayna faydalı qazıntılar sazişini çərşənbə axşamı (bu gün) imzalamağa hazırlaşır” məlumatını yayıb.
İstisna deyil ki, Tramp “möhtəşəm axşam”la bağlı anonsunda bunu nəzərdə tutur. Oval ofis qalmaqalına görə sazişin liderlər yox, hər iki tərəfin nümayəndələri tərəfindən imzalanması mümkündür. Zelenskinin “istənilən vaxt və istənilən əlverişli formatda hazırıq” sözləri də liderlərin iştirakı olmadan imzaların atılması variantını önə çıxarır.
Sazişdə ABŞ-ın istəklərinin xüsusi yer tutacağı, hətta Trampın vəziyyətdən istifadə edərək, Kiyevin üzərinə daha böyük öhdəliklər qoymağa cəhd edəcəyi önə çıxan variantlardandır.
Asif Nərimanlı
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO





































