Nida Təhlil
Trampın Xameneiyə göndərdiyi məktubda nələr var? - İran planı işə düşür
Trampın Xameneiyə danışıqlara dəvət məqsədilə məktub ünvanlaması İran ətrafında yeni gərginlik mərhələsinin başlanğıcı deməkdir. ABŞ-da İranla bağlı üç ssenarinin masada olduğu müşahidə edilir:
1. Nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi;
2. Nüvə proqramı da daxil olmaqla İranın Yaxın Şərqdə silahlı dəstələr qurmaması, “müqavimət oxu” adlandırdığı sistemdən imtina etməsinə dair genişçaplı öhdəlik götürdüyü anlaşma;
3. İrana hərbi müdaxilənin edilməsi;
Hərbi müdaxilə sonuncu seçim olaraq saxlanılır, hərçənd, Vaşinqtonda bunun əleyhdarları tərəfdarlarından daha çoxdur. Ukraynada müharibəni dayandırmaq istəyən Tramp da növbəti böyük eskalasiyada maraqlı görünmür. Birinci seçim – yalnız nüvə proqramı ilə bağlı razılaşma ətrafında fikir ayrılığı mövcuddur, xüsusilə İsrail də məsələnin bu formada qoyuluşunu qəbul etmir. Əsas seçim kimi ikinci ssenari aktualdır, hərbi müdaxiləni gündəmində saxlayan İsrail də bu variantla razılaşa bilər.
Belə bir öhdəlik İran tərəfindən məqbul qarşılanmır, Xameneinin danışıqlar aparmaq istəyən Pezeşkiana qarşı çıxması da bundan qaynaqlana bilər. Lakin Tehranın seçim imkanı böyük deyil:
- mövcud şərtlərdə ABŞ-la danışıqlara Rusiya və Çinin iştirakı ilə daxil olmağa çalışır: bu, masada əlini gücləndirmək imkanları yarada bilər;
- nüvə proqramı üzrə danışıqlarda alternativ olaraq Avropa masasının qurulmasına çalışa bilər: ABŞ qarşısında güclü mövqe sərgiləməyə çalışan Avropada da belə çağırışlar var; lakin bu, Vaşinqtonun İranla yanaşı, Avropa İttifaqına da təzyiqlərini gücləndirəcəyi üçün zəif seçimdir; İranla nüvə danışıqları da daha öncə məhz ABŞ-ın (Trampın ilk prezidentliyi dövründə) çıxması ilə arxa plana keçib;
Hərbi müdaxilə seçimini sona saxlayan Vaşinqton Tehranın genişçaplı öhdəliklər götürəcəyi müqavilənin qəbul edilməsi istiqamətində təzyiqlərini gücləndirə – sanksiyaların sərtləşdirilməsi, hərbi rəhbərliyinin hədəfə alınması, proksi qüvvələrə qarşı lokal əməliyyatların genişləndirilməsi və s. – bilər.
Asif Nərimanlı
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu
-
Nida Xəbər 10:45Rüşvətlə hərbi xidmətdən yayındırma: İş məhkəməyə göndərildi
-
ABŞ10:18ABŞ-da Müstəqillik Günü qeyd edilərkən qan su yerinə axıb: 100 ölü, 340 yaralı
-
Dünya09:48Hər bürcün həyatının tamamilə dəyişdiyi yaş - Astroloqlar açıqladı
-
Avropa09:30Bu da 3D printerində çap olunmuş yaşayış binası: Cəmi 34 günə hazır oldu - VİDEO
-
Region08:24Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
İdman07:35Trampdan daha bir qalmaqallı açıqlama - Messini, yoxsa Ronaldonu aradan götürək?
-
Hadisə02:43Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
















.jpg)
















.jpg)






