Nida Təhlil
Putin atəşkəsi qəbul etdi, amma... – Rusiyanın planı nədir?
Putin Ukrayna müharibəsində 30 günlük atəşkəs təklifini qəbul edir, lakin şərtləri var: bu, uzunmüddətli sülhlə nəticələnməli və “Ukrayna böhranının əsas səbəblərini aradan qaldırılmalıdır”.
Rusiyanın Ukraynaya hücumda bəhanə kimi istifadə etdiyi “əsas səbəblər” müharibənin başlanmasından indiyə qədər zaman-zaman dəyişib. Misal üçün, Ukraynadakı rusəsilli şəxslərin “xilas” edilməsi iddiası adekvat reaksiya görmədiyi üçün arxa plana keçdi. Lakin dəyişməyən şərtlər var: Ukraynanın NATO-ya üzv olmaması, Rusiyanın zəbt etdiyi ərazilər üzərində nəzarətinin tanınması və s.
Bu şərtlərin ABŞ tərəfindən qismən də olsa, qəbul ediləcəyi görünür. Ukraynanın NATO-ya üzvlüyü müzakirə masasından çıxarılır, lakin Kiyevə təhlükəsizlik zəmanətinin ən azı Avropa miqyasında verilməsi\təmin edilməsi qaçılmaz olacaq. Ukrayna üçün isə ərazi güzəştləri qaçılmaz görünür. Tramp da bildirir ki, “Ukrayna ilə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir”.
Rusiya tələblərinin hamısının edilməcəyini anlayır, lakin mövcud vəziyyətdən maksimum istifadə etməyə çalışır. Moskvanın şübhələndiyi digər məqam 30 günlük atəşkəs razılaşmasının Kiyevə vaxt qazandıracağı və situasiyanın dəyişə biləcəyidir. Bu perspektiv zəif görünsə də, Ukraynanın ən azı situasiyadan çıxış yollarının qiymətləndirilməsi baxımından buna ehtiyacı var.
Asif Nərimanlı
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































