Nida Təhlil
“Ermənilərin konstitusiya dəyişikliyini nə dərəcədə tez qəbul edəcəyi müəmmalıdır” - Metyu Brayza
Ermənistanın baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində Azərbaycanla sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduqlarını bildirib. Lakin bu açıqlama Ermənistanın silahlanmanı gücləndirərək Azərbaycana qarşı genişmiqyaslı münaqişəyə hazırlıq gördüyü iddiaları ilə ziddiyyət təşkil edir.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi ki, Nikol Paşinyan artıq sülh müqaviləsini yekunlaşdırmaq istəyir.
Onun sözlərinə görə, bu, müharibəyə hazırlığı ört-basdır etmək deyil, sülhü təmin etməkdir:
“Ermənistan da prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan kimi sülhə hazırlaşır. Hesab edirəm ki, hamı üçün sülhə hazırlaşmaq vacibdir. Kiminsə bu müqavilənin qarantı olmasına isə ehtiyac yoxdur.
Ermənistan və Azərbaycan suveren dövlətlərdir. Azərbaycan güclü ordusu olan çox uğurlu ölkədir. Bir tərəfdən Ermənistan, digər tərəfdən Avropa İttifaqı və ABŞ arasında münasibətlərin yaxşılaşması Paşinyanın Azərbaycanın tələb etdiyi çox ciddi güzəştlərə getməsinə, sonra isə sülh müqaviləsini yekunlaşdırmasına siyasi imkan yaradıb.
Erməni xalqının Ermənistan konstitusiyasındakı dəyişikliyi nə dərəcədə tez qəbul edəcəyi müəmmalıdır. Lakin gedişata əsasən nikbin sonun olacağını demək olar”.
Qeyd edək ki, "Caliber"in analitik "YouTube" kanalındakı videoda Ermənistanın genişmiqyaslı münaqişə üçün fəal hazırlığa başladığı iddia olunub. Bildirilib ki, Ermənistan son zamanlar, xüsusən də 44 günlük müharibədə məğlub olduqdan sonra silah alışını əhəmiyyətli dərəcədə artıraraq diqqətini ənənəvi hərbi-texniki tərəfdaşı olan Rusiyadan Fransa və Hindistan kimi yeni təchizatçılara yönəldib.
Roza Şəfiyeva
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq
-
İdman00:45Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
-
İKT00:30"SpaceX" bu ölkəni "Starlink" rabitə bölgəsindən çıxardı
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar

























.jpg)










