Nida Təhlil
Paşinyanın Putin, Pezeşkian və Makrona zənginin SİRRİ
Nikol Paşinyan Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması xəbərini Putinə, Pezeşkiana, daha sonra Makrona verdi. Sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan erməni baş nazirin telefon trafikinin traektoriyasının hədəfləri var.
- İki regional ölkənin - Rusiya və İranın dəstəyini əldə etmək və Azərbaycan qarşısında balansı xeyrinə dəyişdirmək;
- Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etmək;
Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq traektoriyası formalaşdıra biləcəyinə ümid edir. Diplomatik addımlara paralel olaraq, sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması istisna deyil.
Asif Nərimanlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








