Nida Təhlil
Koçaryan və Sarkisyan Bakıya təhvil verilə bilər - Sensasion detallar
Bakı İrəvandan Robert Koçaryan və Serj Sarkisyanı, eləcə də Qarabağ müharibəsinə liderlik etmiş digər şəxsləri həbs edərək, Azərbaycana təhvil verməsini tələb edir.
Publika.az xəbər verir ki, bu barədə “İravunk” nəşri yazıb.
Nəşr qeyd edir ki, sülh sazişi ilə bağlı danışıqlarda Bakının irəli sürdüyü məsələlərdən biri də budur.
Ermənistanda Koçaryan və Sarkisyanın təhvil verilməsi məsələsi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasından sonra ciddi müzakirələrə səbəb olub. Hikmət Hacıyev martın 13-də jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir.
Sarkisyanın lideri olduğu Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov istisna etmir ki, Nikol Paşinyan bu məsələdə Azərbaycanla birlikdə hərəkət edəcək.
“Söhbət ilk növbədə Robert Koçaryan və Serj Sarkisyanın təhvil verilməsindən gedir. Nikolun Azərbaycanın tələbini yerinə yetirəcəyini istisna etmək olmaz”, - o bildirib.
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan isə hesab edir ki, Koçaryan və Sarkisyanın təhvil verilməsi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı növbəti tələbindən biri ola bilər: “Azərbaycan Ermənistan hakimiyyətinin sülh sazişi ilə bağlı səmimiyyətini qiymətləndirmək üçün müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri təhvil verməsini tələb edir. Bu, sülh danışıqlarının bir hissəsi ola bilər”.
“Fakt” saytı da Koçaryan və Sarkisyanın Azərbaycana ekstradisiyasının mümkünlüyünü istisna etməyib.
Nikol Paşinyan “Koçaryan və Sarkisyanın ekstradisiyası” ilə bağlı sualı cavablandırarkən, “sülh müqaviləsində bununla bağlı müddəa yoxdur” deyə bildirib. Lakin onun bu cavabı erməniləri qane etmir. Ermənistanın media-ekspert cameəsi sülh müqaviləsi mətnində hər şeyin əks olunmadığı, Azərbaycanın mətndən kənar tələblərinin də mövcud olduğunu əsas gətirərək, adıçəkilən şəxslərin təhvil verilməsinin əlavə müzakirə edildiyi ehtimallarını irəli sürür.
Asif
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
-
Kriminal19 Dekabr 19:10Baş Prokurorluqdan Kamran Əsədovla bağlı AÇIQLAMA
-
Magazin119 Dekabr 18:30Ağakərimin harada dəfn olunacağı bilindi
-
Hadisə19 Dekabr 17:12Azərbaycanın əməkdar məşqçisi vəfat etdi















.jpg)













