Nida Təhlil
İran “köhnə taktikanı” işə salır – Əraqçi İrəvanda nə axtarırdı?
İranın xarici işlər naziri Abbas Əraqçinin İrəvana səfərini iki kontekstdə dəyərləndirmək olar.
Birincisi, Tehranın regiondakı mövqelərinin perspektivini dəyərləndirmək;
İrəvanın 2022-ci ildən etibarən sürətlənən Moskvadan uzaqlaşmaq siyasəti fonunda Tehran Ermənistanda Rusiyanın yerini doldurmağa çalışıb. Lakin ABŞ-Rusiya anlaşması situasiyanın dəyişməsi perspektivlərini ortaya çıxarır. İran Rusiyanın yenidən Ermənistandakı mövqelərini qaytarmaq gözləntilərinə qarşı İrəvanla “saatları yoxlamağa” çalışır. Paralel olaraq, Bakı-İrəvan sülh sazişi mətninin razılaşdırılması və Ermənistanın Türkiyə ilə münasibətlərinin isti mərhələyə keçidi İranı regionda yarana biləcək situasiyalara hazırlıqlı olmağa məcbur edir. Tehranın məqsədi Ermənistanın “regional müdafiəçisi” rolunu saxlamaqdır.
İkincisi, “Ermənistanın müdafiəsi” üzərindən Qərbdə dəstək axtarışını davam etdirmək;
44 günlük müharibədən sonra Ermənistanı “qardaş” kimi dəstəkləyən Tehranın hədəflərindən biri də ABŞ başda olmaqla Qərbə “sizin tərəfdaşınızın təhlükəsizliyini mən qoruyuram” mesajını vermək, bununla İrana müdaxilə/təzyiq siyasətini yumşaltmaq idi. Bu prosesdə Qərb ölkələrindəki erməni və fars lobbisinin birgə fəaliyyəti də müşahidə edilirdi. Tramp Administrasiyasının İrana vaxt verdiyi ərəfədə Tehran eyni taktikaya yenidən əl atır və mümkünsə, erməni kanallar üzərindən Vaşinqtona yol tapmaq, mümkün olmasa, İrəvanın faktiki müttəfiqinə çevrilən Fransa başda olmaqla Avropa ilə “Ermənistanın müdafiəsi” üzərində anlaşmaq istəyir: Tehran Aİ-nin Cənubi Qafqazdakı platformasının təhlükəsizliyini təmin edir, əvəzində Avropa ABŞ qarşısında İrana dəstək verir;
Bunun fonunda İranın Ermənistanın müdafiəsinə hesablanmış regional çağırışları intensivləşdirəcəyi gözləntiləri artır.
Asif Nərimanlı
-
Nida Xəbər 10:45Rüşvətlə hərbi xidmətdən yayındırma: İş məhkəməyə göndərildi
-
ABŞ10:18ABŞ-da Müstəqillik Günü qeyd edilərkən qan su yerinə axıb: 100 ölü, 340 yaralı
-
Dünya09:48Hər bürcün həyatının tamamilə dəyişdiyi yaş - Astroloqlar açıqladı
-
Avropa09:30Bu da 3D printerində çap olunmuş yaşayış binası: Cəmi 34 günə hazır oldu - VİDEO
-
Region08:24Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
İdman07:35Trampdan daha bir qalmaqallı açıqlama - Messini, yoxsa Ronaldonu aradan götürək?
-
Hadisə02:43Bakıda dəhşətli qəza: avtomobil iki yerə bölündü - Foto/Video
-
İdman02:00Dünya çempionu ola bilməyən Ronaldo göz yaşlarına boğuldu


































.jpg)






