Nida Təhlil
İrəvanın türk dövləti ilə qurduğu plan Bakıya hansı risklər yaradır?
İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb: Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir;
Ermənistan türkmən qazını hələ 2017-ci ildə - Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi, hərçənd, indiyə qədər ya İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur.
Bu, Azərbaycan üçün mənfi perspektivləri ortaya çıxara bilər.
Birincisi, İrəvanın qaz təchizatını şaxələndirməsidir: müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu, Bakıya həm də strateji üstünlük qazandıra biləcək amildir; Ermənistanın təchizat zəncirini genişləndirməsi perspekstivdə üstünlük əldə etmək imkanlarımızı zəiflədir;
İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir: 2021-ci ildə Bakı türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb; Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər və bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər;
Üçüncüsü və ən riskli məqam Ermənistanın türkmən qazının Avropa bazarına çıxışda mümkün tranzitə çevrilməsidir: Tumanyan bildirir ki, “türkmən qazının Ermənistan vasitəsilə Gürcüstana ixracı da müzakirə edilib, Tbilisi müsbət cavab verib. İdeya reallaşarsa, türkmən qazının Qara dəniz ölkələrinə də ixracı mümkün olacaq”. İrəvan buna nail olarsa,
- Avropa bazarına çıxış əldə etmək istəyən Türkmənistan alternativ tranzit əldə edir və bu, Azərbaycan tranzitinin aktuallığını itirməsə belə, “yeganə yol” statusunu zəiflədir;
- Azərbaycanın Gürcüstan bazarındakı hakim mövqeyinə risklər yaradır;
- Türkmən qazını Gürcüstana və Qara dəniz hövzəsinə çıxaran Ermənistan regionun enerji infrastrukturunda, ümumilikdə Orta dəhlizdə tranzit payı əldə edə bilər;
Rəsmi Bakı mövcud vəziyyətdə o qədər də əhəmiyyətli görünməyən bu məsələnin gələcəkdə risk təşkil etməməsi üçün İrəvan-Aşqabad xəttindəki mümkün anlaşmaya diqqət yetirməlidir.
Asif Nərimanlı
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



