Nida Təhlil
İrəvanın təxribat cəhdinin əsas hədəfi: Ermənistan öz məhvini sürətləndirir - Hulusi Kılıç
“Ermənistanın sözü ilə əməli arasında böyük fərq var. Onlar bir tərəfdən dünya ictimaiyyətinə sülh sazişini imzalamağa hazır olduqlarını bəyan edərkən, digər tərəfdən də sərhəddə qarışıqlıq yaradırlar”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycanın onlara cavab verməsini təmin edərək, dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqdır:
“Ötən ay Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini razılaşdırdıqlarını bəyan ediblər. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən bir maddə var. Azərbaycanın Xarici İşlər Nazirliyi də Ermənistanın konstitusiyasına dəyişiklik etməsini gözlədiklərini açıqlayıb.
Ermənistanın dəvəti ilə bölgəyə gələn avropalı müşahidəçilərin qarşısında atılan bu təxribatları çoxmənalı qarşılamaq lazımdır. Müşahidəçilərin orada nə etdiklərini həqiqətən sorğulamaq lazımdır. Onlar da görür ki, işğalçı olan Ermənistan tərəfinin özüdür. Bunu dünyaya ictimaiyyətinə izah etmək lazımdır. Məhz buna görə də Azərbaycan tərəfi sülh sazişi zamanı sərhəddə xarici müşahidəçilərin olmamasının tərəfdarıdır”.

Sabiq səfir qeyd edib ki, Ermənistanın bu cür plan və təxribatları onların öz məhvini sürətləndirir:
“Ermənistanın sülh müqaviləsini imzalaması öz xeyrinə olacaq. Azərbaycan hər cəhətdən güclü dövlətdir. Azərbaycan ordusu hazırda 44 günlük müharibə, 24 saatlıq antiterror əməliyyatında olduğundan da güclüdür. Azərbaycan tələb edir ki, Ermənistan qərar verməli və Azərbaycanın gözlədiyi konstitusiya dəyişikliyini etməlidir. Türkiyə də Azərbaycan-Ermənistan sülh sazişinin ən qısa zamanda imzalanmasını gözləyir. Türkiyə bu sülh müqaviləsi imzalanmadan Ermənistanla münasibətlərini normallaşdırmayacaq.
Ona görə də Ermənistan hakimiyyəti, xüsusən də Nikol Paşinyan ağlını başına yığmalı, konstitusiya dəyişikliyini tez bir zamanda həyata keçirməlidir. Bu, elə ən çox onların xeyrinə olacaq”.
Roza Şəfiyeva
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































