Nida Təhlil
Sərhəddə atışma və Zəngəzur planı: İrəvanın gizli oyununda nələr var?
Sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənistanın konkret hədəfləri var. Bu haqda daha öncə də yazmışdıq:
- İrəvan 17 maddəlik sülh sazişi mətninin indi imzlanmasını və Bakının digər tələblərinin arxa plana keçməsini istəyir;
- Buna razı olmayan Bakıya beynəlxalq müstəvidə çağırışlar/təzyiq kampaniyası təşkil etməyə cəhd edir;
- Sərhəddə atəşin açılması da beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etmək, “regionda sabitliyin təmin edilməsi razılaşdırılmış sülh mətninin təcili imzalanmasından keçir” rəyini yaratmağa hesablanıb;
Bu kontekstdə Ermənistanın atəşkəsin pozulması planını mərhələli şəkildə həyata keçirməsi diqqət çəkir.
Birinci mərhələ: “təkzib” və məsuliyyətdən yayınma cəhdi;
Martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişi mətni üzərində razılığa gəldiyi rəsmi şəkildə elan edildi. İrəvan bəyan etdi ki, “mətn indi imzalanmalıdır”, Bakı cavabında “hələ hər şey bitməyib” bildirdi. Martın 16-dan etibarən Ermənistan atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə Azərbaycanın “atəşkəsin pozulması” haqda açıqlamalarını təkzib edən Ermənistan faktı gizlədə bilmədiyini anlayanda “havaya bir neçə atəşin açılması atəşkəsin pozulması məqsədi daşımır” kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışdı. Bununla İrəvanın “sülh sazişi indi imzalanmalıdır” mövqeyinə müəyyən qədər dəstək də əldə etdi, xüsusilə Avropadan edilən çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə təsir etmədiyini görəndə yeni mərhələyə strat verildi.
İkinci mərhələ: “mülki hədəflər” iddiası;
Ermənistan “Azərbaycan Zəngəzur bölgəsində yaşayan erməni sakinləri hədəfə alır” iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin pozulması faktını Bakının üzərinə qoymaq məqsədi daşımır, həm də beynəlxalq diqqəti nəticəyə - sülh sazişi mətninin indi imzalanması – təsir edə biləcək səviyyədə çəkmək planının tərkib hissəsidir.
Üçünc mərhələ: esakalasiyanın böyüməsi;
Ermənistan “mülki hədəflər” planı ilə istədiyinə nail ola bilməsə - olacağı çətin görünür, atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































