Nida Təhlil
Gözlənilməz Kipr qərarı: Türk dövlətləri bunu niyə etdi?
Türk dövlətlərinin – Özbəkistan və Qazaxıstandan sonra Türkmənistanın da yunan Kiprində səfirlik açması müəyyən sualları yaradır.
- Bu, Türkiyəyə qarşı atılmış addımdır?
- Kiprlə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımayacaq?
Məsələnin bu cür qoyuluşu mübahisələndirilə bilər, çünki BMT üzvü olan yunan Kipri müstəqil dövlət kimi tanınır və adıçəkilən türk dövlətləri də ada dövlətlə diplomatik münasibətlər qurmaq istiqamətində addım atırlar. Mərkəzi Asiya ölkələrinin bu addımı Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrin perspektivləri fonunda atdığını düşünmək olar, hərçənd, diplomatik münasibətlərin niyə indi qurulması başqa bir ehtimalı da ön plana çıxarır.
- ŞKTC-nin mümkün tanınması və diplomatik münasibətlərin qurulması.
Türk dövlətləri Şimali Kiprin müstəqilliyini de-yure tanımasa da, rəsmi Lefkoşanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması bunun de-fakto tanınması kimi qəbul edilə bilər. Ötən il TDT-nin Şuşada keçirilən Zirvə görüşünə ŞTKC-nin qatılması ilə bu istiqamətdə praktiki addım da atıldı. Lefkoşanı tanımadan adıçəkilən türk dövlətlərinin yunan Kipri ilə diplomatik münasibətlər qurması Ankaraya qarşı atılmış addım kimi görünsə də, əslində bunun ŞKTC ilə bağlı planlardan qaynaqlandığını düşünmək olar: istisna deyil ki, TDT ölkələri ŞKTC-nin müstəqilliyini tanıyacaq, Ankaranın Lefkoşanı təşkilatın tamhüquqlu üzvü etmək istəkləri də bunu şərtləndirir; belə görünür ki, TDT ölkələri ŞKTC-ni tanımamışdan öncə yunan Kiprində səfirlik açmaqla balans yaratmağa və Lefkoşa ilə bağlı mümkün addımın Aİ ilə münasibətlərdə problem yaratmasına imkan verməməyə çalışır.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


