Nida Təhlil
Əliyevin mesajı: Bakı Ankara və Təl-Əvivi yenə barışdıra biləcək?
Prezident İlham Əliyevin Türkiyə-İsrail qarşıdurması və Azərbaycanın vasitəçilik addımları haqda dedikləri iki faktı ortaya çıxarır.
Birincisi, Ankara-Təl-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub.
İkincisi, Azərbaycan hazırda toqquşan tərəfə çevrilən Türkiyə və İsrail arasında dialoqun yenidən qurulması istiqamətində işləyir.
Bu prosesin ötən ilin dekabrından aktiv mərhələyə keçdiyi müşahidə edilirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin Təl-Əviv-Ankara xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı, lakin rəsmi Bakı ilk uğurlu nəticədə olduğu kimi, ikinci cəhddə də məsələni ictimaiyyətləşdirməyib.
Əliyevin indi bunu ictimailəşdirməsini Azərbaycanın müttəfiqi və dostu arasında qarşıdurmada maraqlı olmadığını elan etməklə yanaşı, həm də Vaşinqtona mesaj kimi dəyərləndirmək olar.
Netanyahunun ABŞ səfərinin gündəliyinə İranın nüvə proqramı ilə yanaşı, Suriya üzərindən Türkiyə-İsrail toqquşması da daxil idi və Təl-Əviv Vaşinqtondan Ankara qarşısında dəstək istəyirdi. Tramp isə Ərdoğanı tərifləməklə bu qarşıdurmada tərəf olmaq istəmədiklərinin mesajını verdi, Türkiyə və İsraili anlaşmaya dəvət etdi. Vaşinqton tərəflər arasında vasitəçilik etməyə çalışacaq, lakin hər iki tərəfin ABŞ-dan gözləntiləri fonunda nəticə əldə etməsi mübahisəlidir. Əliyev Türkiyə-İsrail qarşıdurmasında Azərbaycanın müsbət nəticə əldə etdiyini və hazırda vasitəçilik missiyasını davam etdirdiyi faktını təqdim etməklə Tramp Administrasiyasına Bakının təcrübəsindən yararlana biləcəyi mesajını verir.
Mövcud vəziyyətdə - Suriyada toqquşma, Qəzzada baş verənlər fonunda Ankara-Təl-Əviv xəttində dialoq əldə etmək əvvəlki dövrlərlə müqayisədə mürəkkəb görünür. Hərçənd, İran faktoru Türkiyə-İsrail toqquşmasında dialoqun qurulması, qarşıdurmanın ən azı müəyyən müddətə təxirə salınması perspektivini önə çıxarır.
- İrana fokuslanan Tramp Administrasiyası regionda iki müttəfiqinin -Türkiyə və İsrailin toqquşmasını istəmir;
- İranın açıq hədəfə çevrilməsinə nail olan İsrail ABŞ-ın istəyi ilə Suriyada Türkiyəyə qarşı fəaliyyətini dayandıra, ən azı səngidə bilər;
Azərbaycan isə Türkiyə ilə İsrail arasında ABŞ-ın dəstəklədiyi dialoq mühtinin yaradılmasının praktiki işini – təmasların qurulması, diplomatik trafikin sıxlaşdırılması, danışıqlara ev sahibliyi etməsi və s. həyata keçirə bilər. Situasiyanın mürəkkəbliyinə rəğmən, Bakının Ankara-Təl-Əviv xəttində vasitəçilik səylərinin nəticə hasil etməsi heç də mümkünsüz görünmür.
Asif Nərimanlı
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
































