Nida Təhlil
Türkiyə və İsrailin Bakı razılaşması: Azərbaycan nələrə nail oldu?
Ankara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib: bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Əliyevin açıqladığı ikinci cəhdində də müsbət nəticə əldə etməsi deməkdir.
Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir. Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir: Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi-kəşfiyyat, logistika və s. güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir; ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir;
İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam daha öncə də yazdığımız kimi, İran faktorudur: Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəli deyil;
Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:
1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı qarşıdurmada çətin seçim məcburiyyətində qalmaqdan xilas edir;
2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir: bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda maraqlarımıza uyğundur;
3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilir;
Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir.
Asif Nərimanlı
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















