Nida Təhlil
Azərbaycanda nəzarətsiz qalan sahə: Milyonları vergidən bu yolla yayındırırlar

Şadlıq saraylarında keçirilən toy mərasimlərində müştərilər tərəfindən yüksək məbləğdə ödənişlər edilir. Lakin bir çox restoranlarda POS-terminalların olmaması səbəbindən bu ödənişlər nağd şəkildə həyata keçirilir. Müvafiq olaraq, vətəndaşlara qəbz təqdim olunmur. Bu isə vergidən yayınmaq deməkdir.
Azərbaycanda restoran biznesinin dövriyyəsi və vergidən yayındırılan pulun məbləği nə qədərdir? Bu problemi necə aradan qaldırmaq olar?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirdi ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə restoranlar, ictimai iaşə və şadlıq evlərində illik dövriyyə 2,2 milyard manat olub.
Onun sözlərinə görə, qeyri-rəsmi hesablamalara əsasən şadlıq saraylarının dövriyyəsi illik 800 milyon və 1 milyard manat civarındadır:
“Bakıda iri şadlıq saraylarında keçirilən toy şənliklərinin ümumi büdcəsi 20-30 min manat arasında dəyişir. Deməli, şadlıq saraylarının ümumi dövriyyəsinin 50 faizi vergidən yayınırsa, bu, bir ildə yayındırılan 400 və 600 milyon manatlıq vergi bazası deməkdir. Bakıda yerləşən şadlıq saraylarında isə yayınma faizi daha çox, hətta 70-80 faizdir.
Əgər bu məbləğə uyğun gələn əlavə dəyər və mənfəət vergisini də əlavə etsək, deməli, bu təxminən 38 faiz, yəni 150 milyon manata yaxın vəsaitin büdcədən yayındırılması deməkdir. Problemin yaranma səbəbi isə Azərbaycanda məcburi şəkildə həyata keçirilən POS-terminalların quraşdırılması qaydasına şadlıq saraylarının əməl etməməsidir. Bunları idarə edənlər hüquqi şəxs olsalar da nədənsə bu məcburiyyətdən kənarda qala bilirlər”.
İqtisadçı vurğuladı ki, şadlıq saraylarında POS-terminallar olsa belə onlardan xidmət sahəsi üzrə istifadə olunmur və ümumi vergi ödəyicisi kimi fəaliyyət göstərirlər:
“Burada işə götürülən vətəndaşların qeydiyyata alınmaması problemləri də var. Məsələn, həmin şadlıq saraylarında çalışanların böyük əksəriyyətində əmək müqaviləsi yoxdur. Bu da əlbəttə ki, həm əlavə dəyər, həm gəlir vergisinin büdcədən yayındırılması ilə yanaşı, həm də sosial müdafiə üzrə öhdəliklərdən də yayınmaya səbəb olur.
Bəzi ölkələrdə, məsələn, Türkiyə və Gürcüstanda hətta şadlıq sarayları və restoranlarda çek alan istehlakçılara kəşbek və ya lotereya oyunları kimi tətbiq həyata keçirilir. Amma təəssüf ki, Azərbaycanda milyarda yaxın dövriyəsi olan şadlıq sarayları belə vergidən yayınırlar”.
R.Abbasbəyli son olaraq qeyd etdi ki, vergidən yayınma ilə əldə olunan təxminən 300 milyon manata yaxın vəsaitlə, ən azından şadlıq sarayları, restoran şəbəkəsində çalışan vətəndaşların işə götürülməsi rəsmiləşdirilə bilər:
“Eyni zamanda onlar bu vəsaitlə normal əmək haqqı ilə təmin edilə bilərlər. Həmçinin həmin şəxslər üçün müvafiq olaraq böyük məbləğdə pensiya kapitalı formalaşa bilər ki, bu da gələcəkdə həmin vətəndaşların daha yüksək pensiya almasına səbəb ola bilər.
Təəssüf ki, restoranlar və xüsusilə də şadlıq sarayları Azərbaycanda müvafiq olaraq vətəndaşlara göstərdikləri xidmət üzrə heç bir müvafiq qanunvericiliyin tələbinə əməl etmədən çek təqdim etmirlər.
Əsas problem isə odur ki, bu qanunsuzluq olsa belə, müştəri ilə restoran arasında maddi məsələ üzrə mühabisə yarandıqda vətəndaşlar hüquqi müstəvidə bu problemin həllinə nail ola bilmirlər”.
Roza Şəfiyeva

-
Region04:44
Türkiyədə toyda DƏHŞƏT: disko topu gəlinin üstünə düşdü - VİDEO
-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO