Nida Təhlil
İranın səfirliyimizə hücum edən terrorçu ilə bağlı açıqlaması nəyə hesablanıb?
İranın Ədliyyə Orqanı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçunun edam edilməsi ilə bağlı bütün zəruri hazırlıqların tamamlandığı haqda məlumat yayıb.
Publika.az “İRNA”ya istinadən xəbər verir ki, Ədliyyə Orqanının sözçüsü Əsgər Cahangir məhkəmənin qisas (edam) hökmünü icra etməyə hazır olduğunu açıqlayıb.
Açıqlamada diqqətçəkən əsas məqam edam hökmünün indiyə qədər icra edilməməsinin səbəbi haqda deyilənlərdir.
Əsgər Cahangir bildirib ki, ölkədə təsdiq edilmiş və qüvvəyə minmiş qanuna əsasən hökmün icrası üçün valideynlər və ya onların vəkilləri qisas tələbi ilə bağlı Məhkəmə Sisteminə müraciət etməli və ya hökmün icrası günündə iştirak etməlidir.
“İndiyə kimi nə valideynlər, nə də onların vəkilləri hökmün icrası üçün bizə müraciət etməyiblər. Odur ki, Məhkəmə Sisteminin tam hazır olmasına və yuxarıda qeyd olunan hökmdə müşahidə olunan hüquqi prosesə baxmayaraq, bu hökm hələ də icra olunmayıb”, - o deyib.
Pezeşkianın səfəri zamanı Bakıda İran prezidentinin qarşısında qoyulacaq ilk məsələlərdən biri terrorçunun edam edilməsi hökmü olacaq və bu məsələ rəsmi Bakının Tehranla münasibətlərin gələcəyinə yanaşmasına təsir edəcək. Bunu anlayan Tehranın Pezeşkianın səfərindən bir gün öncə “hökmün icrasına tam hazırıq” açıqlaması Azərbaycanı sakitləşdirməyə və İran prezidentinin Bakıda cavab manevrini genişləndirməyə hesablanıb. Və hökmün icra edilməməsinin səbəbi kimi “öldürülən şəxsin (səfirliyin əməkdaşı) valideyni, yaxud vəkilinin İrana müraciət etməməsi” göstərilməklə yeni “bəhanə” irəli sürürlər.
İstisna deyil ki, Bakıda Pezeşkiana bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birbaşa təqdim ediləcək. Lakin hökmün icra edilməsi hələ də sual altındadır, çünki hücumun arxasındakı İran isteblişmenti bunda maraqlı deyil və məsələ Pezeşkianın səlahiyyətlərini aşır.
Asif Nərimanlı
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































