Nida Təhlil
Xarici dillərin təsiri fonunda ana dilinin qorunması böyük məsuliyyət tələb edir - Elçin İbrahimov
“Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biridir. Dilin saflığının qorunması, düzgün işlədilməsi, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir”.
Bunu Publika.az-a açıqlamasında filologiya elmləri doktoru Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, qloballaşma, rəqəmsal mühit və xarici dillərin təsiri fonunda ana dilinin qorunması daha böyük məsuliyyət tələb edir:
“Son illərdə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, orfoqrafiya qaydalarının yenilənməsi, izahlı və orfoqrafiya lüğətlərinin nəşri, dilçilik sahəsində fundamental tədqiqatların dəstəklənməsi, media və təhsil sahəsində dövlət dilinin tətbiqinin gücləndirilməsi, həmçinin Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliği istiqamətində ardıcıl işlər görülüb. Bununla yanaşı, dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsi də prioritet istiqamətlərdən biri olub.
Bu gün ana dilimizin saflığının qorunması üçün əsas vəzifələr sırasında xarici sözlərin və lazımsız alınmaların həddindən artıq istifadəsinin qarşısının alınması, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ədəbi dil normalarına riayət olunması, həmçinin məktəblərdə ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və mütaliə mədəniyyətinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, süni intellekt və rəqəmsal platformalarda Azərbaycan dilinin texnoloji imkanlarının genişləndirilməsi, milli dil korpusunun, terminologiya bazalarının və müasir elektron lüğət sistemlərinin daha da inkişaf etdirilməsi də əsas prioritetlər sırasındadır”.
E. İbrahimov hesab edir ki, Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin, xüsusilə alimlərin, müəllimlərin, jurnalistlərin və gənclərin ortaq məsuliyyətidir:
“Ana dilimizin zənginliyini və saflığını qorumaq milli kimliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən strateji vəzifələrdən biridir.
Bundan sonrakı əsas vəzifələrdən biri vahid milli elektron lüğət platformasının, daim yenilənən onlayn orfoqrafiya, orfoepiya, izahlı və etimoloji lüğətlərin, eləcə də Azərbaycan dilinin Milli Korpusunun daha da inkişaf etdirilməsi və onların süni intellekt texnologiyalarına inteqrasiyasının təmin edilməsidir. Bu istiqamət həm dilimizin saflığının qorunmasına, həm də rəqəmsal dövrdə rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək”.
Müəllif: Roza Şəfiyeva
-
Nida Təhlil 16:48Xarici dillərin təsiri fonunda ana dilinin qorunması böyük məsuliyyət tələb edir - Elçin İbrahimov
-
Elm və təhsil16:23Bu rayonun Təhsil Sektorunun müdiri vəzifəsindən azad olundu
-
Avropa15:34Avropada nə baş verir? - Daxili işlər nazirləri ilə təcili iclas tələb edildi
-
MDB13:58Ukrayna "Rosatom"un gəmisini batırdı
-
Ekologiya12:45Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə11:10Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi























.jpg)





.jpg)








