Nida Təhlil
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Ermənistan TRİPP (Zəngəzur dəhlizi) layihəsinə alternativ nəqliyyat marşrutunun yaradılması üzərində düşünür. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyanla İranın yol və şəhərsalma nazirinin müavini Rza Əkbərinin iyulun 31-də keçirilən görüşündə bu layihə müzakirə edilib. Eyni zamanda, İran-Ermənistan-Gürcüstan dəhlizinin tam aktivləşdirilməsinin yaradacağı yeni imkanlardan bəhs olunub.
Tehran və İrəvanın müzakirə etdiyi layihə əslində yeni deyil, söhbət “Fars körfəzi-Qara dəniz marşrutu”ndan gedir. Bu layihə hələ 2016-cı ildə gündəmə gəlib, 2020-ci ildə - Qarabağın işğaldan azad edilməsindən sonra regionda yaranan yeni reallıqlar fonunda yenidən aktuallaşdı. Layihənin İran üçün iki strateji əhəmiyyəti var.
1. Fars körfəzini Qara dənizlə birləşdirməklə regionda yeni nəqliyyat şəbəkəsi qurmaq;
2. Avropa bazarına çıxışda tranzit marşrutlarını şaxələndirmək, Türkiyədən asılılığını azaltmaq.
Bununla yanaşı, İran Ermənistan-Gürcüstan üzərindən Qara dənizə və əks iqtiqamətə dəhliz yaratmaqla Orta dəhlizin səmərəliliyini azaltmağa, özünün yerləşdiyi Cənub dəhlizini aktivləşdirməyə, həmçinin, Zəngəzur dəhlizini arxa plana keçirməyə çalışır. Lakin Tehranda Azərbaycanın Zəngəzur dəhlizi də daxil olmaqla regionun bütün nəqliyyat şəbəkəsini birləşdirmək təklifini də dəstəkləyənlər var. 2021-ci ilin sonunda Azərbaycan, Gürcüstan və İranın Fars körfəzi-Qara dəniz marşrutunun birgə reallaşması ilə bağlı razılığı da bunun nəticəsi idi. İranın bu razılaşmaya yanaşması konkret səbəblərdən qaynaqlanırdı: Azərbaycanın mövcud infrastruktur imkanları və etibarlı tərəfdaşlıq modelinə sahib olması; Regionun İranın maraqlarının yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olması reallığı.
Tehran bu anlaşmadan sonra Fars körfəzi-Qara dəniz marşrutunun Bakı ilə birlikdə həyata keçirilməsi üzərində dayansa da, ötən il baş tutan Vaşinqton anlaşması, TRİPP layihəsinin razılaşdırılması və icra istiqamətində işlərin başlanmasından sonra yenidən İrəvanın üzərinə qayıtmağa çalışır. Xüsusilə ABŞ-İran müharibəsi Tehranın “dərhal hərəkətə keçməsi”ni şərtləndirdi. İran Ermənistana alternativ dəhliz verməklə həm bu ölkə üzərindən Cənubi Qafqazdakı mövqelərini gücləndirməyi, həm də Zəngəzur dəhlizini arxa plana keçirməyi düşünür. Amma və lakin İranın kağız üzərində qurduğu planların praktiki icrası qeydi-mümkün görünür.
Birincisi, Ermənistanın infrastruktur imkanları məhduddur.
İran-Ermənistan dəmir yolunun, eləcə də Ermənistan daxilində avtomobil yollarının inşasına zaman və milyardlarla dollar vəsait lazımdır. Təkcə Ermənistanın “Şimal-Cənub” adlandırdığı magistral yolunun beynəlxalq dəhlizlərdə tranzitə çevrilməsi üçün 3 milyard dollardan çox vəsait xərcənməlidir. Ermənistanın maliyyəsi olmadığı kimi, İran da investisiya yatırmaqdan çəkinir.
İkincisi, Gürcüstanın Azərbaycan və Türkiyənin əleyhinə olan bu layihədə tranzit olmaq perspektivləri zəifdir.
Üçüncüsü, ABŞ TRİPP layihəsinə alternativ marşrutları qəbul etməyəcək və Vaşinqtonun Tehran üzərindəki mövcud təsirləri İranın təşəbbüsünə qarşı praktiki addımlarını genişləndirmək imkanı verir.
Bu baxımdan, İran və Ermənistanın yenidən aktuallaşdırdığı Fars körfəzi-Qara dəniz marşrutunun reallaşması qeyri-real görünür. Layihənin müzakirə edilməsi daha çox siyasi məqsədə xidmət edə bilər: Tehran regional siyasətində alternativ imkanlara malik olduğunu göstərmək və Ermənistan üzərində təsirlərini saxlamağa çalışır, İrəvan isə İrana “yox” demək istəmir.
Müəllif: Asif
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı












.jpg)

.jpg)

















