Nida Təhlil
Qumdan İstanbula uzanan təxribat: Bakıya qarşı hansı oyun oynanılır?
Qumda bir qrup azərbaycanlı ruhani və tələbələr “Azərbaycanda hicab qadağası” iddiası ilə konfrans keçirib. İranın hicab məsələsini Bakıya qarşı siyasi alətə çevirməsi, bununla Azərbaycan ictimai rəyini manipulyasiya etmək cəhdləri ilk deyil. İndiyə qədər bu məsələdə İran mollaları daha sərt mövqe sərgiləyir, ultimatumlar verərdi, indi Qumda toplaşan və bu ölkənin rejiminə işlədiyi sirr olmayan “azərbaycanlı ruhanilər”in önə çıxarılması Tehranın Bakı ilə əlavə gərginlik istəməməsindən qaynaqlana bilər.
Lakin əsas məsələ Azərbaycana qarşı iddiaların Qumdan İstanbula qədər uzanmasıdır: ÖZGÜR-DER təşkilatı Azərbaycanın İstanbuldakı konsuluğu önündə “hicab aksiyası” keçirir, eyni məsələni İranın dini ideologiyanın ixrac mərkəzi olan Qumda müzakirə edirlər.
Sual yaranır: Türkiyədəki aksiyanın-etirazların benefisiarı İrandır, yoxsa Bakıya qarşı siyasi-ideoloji müdaxilə sinxronlaşdırılıb?
Hər iki versiya istisna edilməməlidir.
- Qumdakı konfrans 30 sentyabrda, İstanbuldakı aksiya 3 oktyabrda keçirilib: Türkiyədə aksiyanın təşkilində İranın iştirakı mümkün versiyadır, xüsusilə iki il öncə SOCAR-a qarşı aksiyada da Tehrana bağlı qüvvələrin yer alması fonunda bu, diqqət çəkir.
- BMT-dəki məlum iclasdan sonra Türkiyədə Azərbaycana qarşı başlanan kampaniyada hakim komanda daxilindəki qrupların iştirakı sirr deyil, hicab məsələsindən də kompenentlərdən biri kimi istifadə olunur. Bu baxımdan, İran və Türkiyədə Azərbaycana qarşı siyasi-ideoloji müdaxilə cəhdlərinin paralel şəkildə aparıldığı görünür.
İki amil isə hicab məsələsinin bu prosesdə təzyiq vasitəsi kimi istifadə edildiyi deməyə əsas verir.
Birincisi, Azərbaycanda məsələ iddia edildiyi kimi, hicab qadağası yox, məktəblinin vahid geyim formasından ibarətdir. Məktəblilərdən savayı istənilən vətəndaş bu seçimdən istifadə edə bilir. Məsələnin kontekstdən çıxarılaraq, “hicab qadağası” kimi təqdim edilməsi infokampaniyaya hesablanıb.
İkincisi, hicabın tam qadağa edildiyi ölkələrə yox, Azərbaycana etiraz edilir.
Qazaxıstanda 2016-cı ildən (2023-cü ildə qaydalar daha da sərtləşdirilib), Özbəkistanda 2018-ci ildən, Şimal Kipr Türk Cümhuriyyətində 2025-ci ildən məktəblərdə hicabdan istifadə qadağandır. Tacikistan 2007-ci ildə bu qadağanı qoyub. Türkmənistanda isə dini yox, yalnız milli baş örtüklərindən istifadə edilir. Türkiyədə Azərbaycana etiraz edənlərin, elə İranın da əsl məqsədi hicab azadlığıdırsa, o zaman, bu ölkələrdəki rəsmi qadağalara niyə reaksiya verilmir, yaxud verilməyib?!
Hicab məsələsinə aydınlıq gətirilməsi, həll yollarının tapılması zərurəti var, lakin məsələnin kənar qüvvələr tərəfindən şişirdildiyi və siyasi oyunlarda alətə çevrildiyi reallığını da görməzdən gəlməməliyik.
Asif Nərimanlı
-
Rəsmi xronika16:46İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi









.jpg)





.jpg)









.jpg)











.jpg)
