Nida Təhlil
MHP-dən Azərbaycana dəstək - Baxçalı kimlərə mesaj verdi?
MHP lideri Dövlət Baxçalı Türkiyədə hicab məsələsi üzərindən Azərbaycana qarşı hücumları qınayıb. Bəyan edib ki, bu, Azərbaycanın daxili məsələsidir: “Hər bir Türk respublikası öz daxilində müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir”. Baxçalı əsas diqqətin türk dünyasında birliyə yönənildilməsi çağırışını edib.
Türkiyədə Azərbaycanı dəstəkləyənlər hər zaman milli kəsim olub. Birinci Qarabağ müharibəsində Türkiyə hökuməti Azərbaycana dəstək vermədiyi halda, millətçilər cəbhədə döyüşürdülər. AKP də hakimiyyətə gələndə Azərbaycanla münasibətlər indiki səviyyədə deyildi. Türkiyə və Ermənistan arasında “fitbol diplomatiyası” və “Sürix protokolları” bunun tarixi nümunələrindəndir. Türkiyədə buna etiraz edən və qarşısının alınmasında rol oynayanlar millətçilər oldu.
Azərbaycanla Türkiyə arasında siyasi elitanın yaxınlaşması xüsusilə 2010-cu ildən sonra başlandı. Bu məsələdə də MHP rol oynayıb. Həmin vaxt Türkiyənin xarici siyasətində müstəqil xətt önə çıxır, AKP və MHP arasında müəyyən yaxınlaşmalar müşahidə edilirdi. Daha sonra MHP-nin AKP ilə eyni cəbhədə yer alması Bakı-Ankara xəttində siyasi bağları daha da gücləndirdi.
Bu gün Türkiyə hakimiyyətində də təmsil olunan müəyyən dini qrupların Azərbaycan əleyhinə çıxışları iki ölkə arasındakı bağları qoparmaq gücündə deyil. Çünki Türkiyə ictimaiyyətində millətçi kəsim Azərbaycanın yanındadır, sekulyarların geniş dəstəyi də müşahidə edilir. MHP-nin hakim “Cümhur ittifaqı”nın, həm də Türkiyə dövlətinin əsas sütunlarından olması isə Bakıya təkcə ictimai yox, həm də siyasi dəstək deməkdir. Baxçalı Azərbaycanı müdafiə etməklə bunun mesajını verdi.
Asif Nərimanlı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...












.png)

























