Nida Xəbər
Baş qoymuşuq Türkiyənin yoluna...
Türkiyədə yaşayan tanınmış alim, professor, “Enpolitik” saytının köşə yazarı və Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Aygün Attar “Baş qoymuşuq Türkiyənin yoluna” adlı yazısında ilk olaraq Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkür edib.
Axar.az xəbər verir ki, köşə yazısında hər çətin zamanında Azərbaycan prezidentinin və xalqının Türkiyənin yanında olduğuna diqqət çəkən Attar yazısında bu ifadələrlə vətənə çağırış edib:
“Doğulduğum toprağın qədirbilən insanları, Türk Dünyasının dik duruşlu övladı və Türkiyəmizin gerçək qardaşı Prezidentimiz İlham Əliyevin timsalında hamınıza şükranlarımı çatdırıram.
Türkiyənin ən çətin günlərində Prezidentimiz Ərdoğanı və bizləri heç yalnız buraxmadınız, var olun. İnanıram ki, Azərbaycan-Türkiyə münasibətlərinin bugünü 1918-ci ildə Bakı, Qarabağ və ətrafının imperializm və erməni terror qruplarının əlindən qurtaran Qafqas İslam Ordusunun Azərbaycan üçün şəhid olan əsgərlərinin ruhunu, Anadolunun özgürlüyü üçün Çanaqqalada şəhid olan azərbaycanlıların ruhunu şad etməkdədir.
Qardaşlığımız daimi, yolumuz hər zaman bir olsun. Qorqud Atanın dediyi kimi, bir, iri və diri olaq! Dost sevinsin, düşmən kor olsun”.
Qeyd: Yazının tam mətnini BURADAN oxumaq olar.
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO
-
Avropa07:47HAVA LİMANINA SIZMA - Kanslerin təyyarəsini sıradan çıxarmaq istədilər
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
















.jpg)








.jpg)











