Nida Xəbər
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində istənilən fəaliyyət qeyri-qanunidir.
Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov işğal olunmuş ərazilərimizdə İrandan olan mütəxəssislər tərəfindən məscidin bərpası məsələsinə münasibət bildirərkən deyib.
Nazir müavini bu məsələnin həssas olduğunu qeyd edib: "Ermənistan çalışır ki, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət aparsın, burada xaricdə yaşayan erməniləri məskunlaşdırsın. Bunlar hamısı beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir və beynəlxalq hüquq baxımından bu fəaliyyət tanınmır. Ona görə də istənilən ölkə və istənilən fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdə aparılan fəaliyyətlər qeyri-qanunidir".
Sərhədlərinin demarkasiyasından danışan XİN rəsmisi bildirib ki, Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır.
Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilir.
Nazir müavini əlavə edib: "Bu, uzun prosesdir, müqavilə-normativ bazanı formalaşdırmaq lazımdır". (trend)
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO
-
Avropa07:47HAVA LİMANINA SIZMA - Kanslerin təyyarəsini sıradan çıxarmaq istədilər
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
-
Magazin104:14Tolikin efirdə halı pisləşdi, xəstəxanaya yerləşdirildi - VİDEO
-
Dünya03:13Qrenlandiya ABŞ-la danışıqlar üçün RAZILIQ VERDİ












.jpg)





.jpg)


.jpg)






.jpg)











