Nida Xəbər
Çində Azərbaycana qarşı ERMƏNİ TƏXRİBATI
Çinin Uxan şəhərində yerləşən Mərkəzi Pedaqoji Universitetdə təşkil olunan beynəlxalq mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin universitetdə təhsil alan azərbaycanlı tələbələr ermənilərin işğal altındakı torpaqlarımızı Ermənistan ərazisi kimi göstərən xəritənin festivalda nümayiş olunacağını öyrəniblər. Tələbələrimiz bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırıblar. Diplomatik missiyamızın əməkdaşları festivalın təşkilat komitəsi ilə əlaqə yaradaraq, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol verilməməsinə çağırıblar.
Beləliklə, mayın 20-də keçirilən festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alınıb.
Azərbaycanlı tələbələr milli stendimizdə xalqımızın zəngin mədəniyyətinə, tarixinə, müasir inkişafına, turizm imkanlarına dair fotoşəkillər, kitab və jurnallar, milli geyimlər nümayiş etdiriblər. Bundan başqa, Bakıda keçirilən beynəlxalq tədbirlər və idman yarışları barədə əyani vəsaitlər, plakatlar da sərgilənib. Stendi ziyarət edənlər milli mətbəximizin nümunələrinin, habelə Azərbaycan istehsalı olan şərabların dadına baxıblar. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu "Ən yaxşı ölkə təqdimatı" nominasiyasında qalib olub.
Bundan başqa, ermənilər mayın 21-də Pekin Dillər və Mədəniyyət Universitetində təşkil olunan analoji festivalda da təxribata əl atıblar. Ermənistan pavilyonunda qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının asıldığını görən tələbələrimiz Azərbaycan səfirliyini məlumatlandırıb. Səfirliyin operativ müdaxiləsindən sonra təşkilat komitəsi Ermənistan pavilyonundan bu ölkəyə aid olmayan bütün eksponatların, o cümlədən qondarma rejimin bayrağının yığışdırılmasını təmin edib.
Universitetin məsul işçisi Azərbaycan diplomatı ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlıq edib, gələcəkdə bu cür halların təkrar olunmayacağını deyib.
-
Avto12:44Yeni cərimə - Sabahdan sürücülər elektromobilləri belə park edəcəklər
-
ABŞ12:35Kelli rusiyalı astronavtları oğru adlandırdı
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu









.jpg)


























