Nida Xəbər
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır.
Bu barədə brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.
O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.
"BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq", - S.Düjarrik Nyu-Yorkda brifinqdə vurğulayıb.
O, BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini açıqlayıb.
BMT rəsmisi bildirib ki, danışıqlar masasına ən qısa zamanda qayıdış bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur. (report)
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO






.jpg)
































