Nida Xəbər
Almaniyalı deputat: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir "
Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting bəyanatla çıxış edib.
Publika.az-a daxil olan bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Fizuli rayonunda Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər. Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olmuşlar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır.
Olav Quittingtərəflərdən dinc əhalinin tələfatına yönəlmiş hücumları dayandırmağı və atəşkəs rejiminə riayət etməyə dəvət edib. Bundan əlavə, o, tərəfləri sülh danışıqları aparmağa çağırıb.
Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaqdır. Yalnız erməni silahlı qüvvələrin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasını qarşısını ala, sülh prosesinin inkişaf etməsinə isə zəmin yarada bilər.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi













.jpg)
















.jpg)


