Nida Xəbər
Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və QARABAĞ SÖHBƏTİ... - Mixaylov HƏR ŞEYİ AÇDI
Beynəlxalq münaqişələr və təhlükəsizlik üzrə mütəxəssis,
rusiyalı politoloq Yevgeni Mixaylov azərbaycanlılar və ermənilərin
Qarabağ münaqişəsini istəmədiyini, bunun canlı şahidi olduğu
haqqında maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Y. Mixaylov azərbaycanlılarla
ermənilərin uzun müddət bir yerdə yaşadığını, bu gün də xaricdə
mehriban münasibətlər saxladığını deyib.
O, Sankt-Peterburqda Tofiq adlı azərbaycanlı ilə erməninin içki
masasında canlı şahidi olduğu söhbətini qələmə alıb.
Mən Sankt-Peterburqda restoranların birində şam edirdim və sağ
tərəfdən tipik aksent səsləri eşitdim. Özümdən asılı olmayaraq,
qulaq asmağa başladım. Anladım ki, masa ətrafında əyləşənlər
azərbaycanlılarla ermənilərdir. Onlar öz biznesləri haqqında
danışırdı və söhbət tədricən Qarabağın üzərinə gəldi. Maraqlıdır
ki, həmsöhbətlər bütün müzakirə vaxtı bu münaqişənin heç kimə lazım
olmadığı fikrini tez-tez təkrarlayırdılar. Onlar sülh içində
yaşamağı arzuladıqlarını qeyd etdilər və bunun üçün tost də
dedilər.
Tofiq adlanan azərbaycanlı 1992-ci ildə Ağdam istiqamətində
vuruşduğunu danışırdı və müharibədə ad çıxarmış İbad Hüseynovdan
bəhs etdi.
“O və dəstəsi Ağdam istiqamətində qabaqda irəliləyirdi, biz də
onların arxasınca. İbad və dəstəsi bir neçə erməni postunu
darmadağın edərək, Xramort kəndinə girdi. Kənddəki erməni
döyüşçülər dağlara qaçdı. Xatırlayıram, kəndi mərkəzində məktəb var
idi. İbad qapını açaraq ora girdi və içəridən qışqırıqlar eşidildi.
Məlum oldu ki, məktəbdəkilər erməni qadın və uşaqlardır. İbad
onlara izah etdi ki, onlar qorxmasınlar, biz silahsız insanlara,
qadınlara və uşaqlara toxunmuruq. “Biz yalnız əsgərlər və
terrorçularla döyüşürük”, - deyə İbad bildirdi. Sonra öz dəstəsinə
kəndi tərk etməyi əmr etdi”, - deyə azərbaycanlı danışır.
Qısa fasilədən sonra erməni danışmağa başladı və İbad Hüseynov
haqqında ilk dəfə öz dayısından eşitdiyini bildirdi. Dayısının
dediklərinə görə, İbad heç vaxt silahsızlara toxunmurmuş. Hətta
onun cəbhə xəttindəki qadın və uşaqlara güllə atmadığı haqqında
danışırdılar.
Sonra hər kəs “yaxşı oğlanların sağlığına” içdi və xoşagəlməz
mövzuları bağlamağa qərara gəldilər.
Lakin mən öz yeməyimi bitirə bilmədim. O haqda düşünürdüm ki, bu
iki xalq münaqişəyə tam 30 il sərf edib. Hərçənd, bu onlara lazım
deyildi.
Asif
-
Sosial16:07
Azərbaycanda əhalinin sayı artdı
-
Rəsmi xronika15:14
Bu şəxslər cəzalandırılsın - Prezident qanunu təsdiqlədi
-
Kriminal14:28
Mərhum nazirin oğlu barəsində cinayət işi niyə rədd edilib? - Arif Rəhimov məhkəməyə çağırıldı
-
Sosial13:36
Aqil Abbasın oğlu vəzifəsindən azad edildi
-
Hadisə13:11
Sərnişin təyyarəsində qorxulu anlar: 1-i körpə olmaqla 254 nəfər... - VİDEO
-
ABŞ12:47
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
-
İdman12:40
Bəxti gətirməyən cazibədar qapıçı: Görün indi nə işlə məşğuldur - FOTOLAR
-
Dünya11:39
Putinin düşmənləri Berlində toplaşdılar: Görün nə tələb etdilər