Nida Xəbər
Rusiyadan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI: Yüksək səviyyədə...
“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür.
Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb.
“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə edib.
Ömər
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma





























.webp)








